Xəbər Lenti

    Dani Kintana 3 həftəlik sıradan çıxıb

    FutbolTarix: 2017-08-12 18:19:00
    ...

    "Qarabağ"ın ispanyalı futbolçusu Dani Kintana Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın "Kopnehagen" klubu ilə matçlardan kənarda qalacaq. Klubdan Sport24.az-a verilən məlumata görə, yarımmüdafiəçinin Topaz Premyer Liqasının ilk turunda diz nahiyəsindən aldığı zədəyə görə 3 həftəyədək məşqlərdən kənarda qalacağı gözlənilir.

    Belə ki, uzun müddətli zədədən sonra yaşıl meydanlara qayıdan Kintana dünən “Neftçi”yə 3:1 hesablı qalib gəldikləri matçın 86-cı dəqiqəsində zədələnərək meydanı vaxtından əvvəl tərk dibi. İspaniyalı yarımmüdafiəçi bu gün MRT müayinəsindən keçib. Futbolçumuzun əzələsinin dartılması müəyyən edilib. Bu səbəbdən Dani təxminən 3 həftə sonra məşqlərə start verəcək.

    Ancaq bu xəsarətin Daninin 6 ay öncə "AZAL Arena"da aldığı zədə ilə bağlılığı yoxdu. O, bu ağır zədə nəticəsində yalnız dünən yaşıl meydana qayıda bilsə də, yenidən zədələnərək əvəzlənməli olub. 

    Xatırladaq ki, "Qarabağ" "Kopengagen"lə avqustun 15-də və 23-də qarşılaşacaq. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0