Xəbər Lenti

    Şahin Diniyev uğurlu startı olduqca vacib sayır: "Kəpəz" çempionata tam hazır deyil"

    FutbolTarix: 2017-08-12 17:29:00
    ...

    Topaz Premyer Liqasında 2017/18 mövsümünə artıq start verilib. Sport24.az xəbər verir ki, “Kəpəz” cari mövsümdə ilk oyununu səfərdə keçirəcək. “Sarı-göylər” “Sumqayıt” ilə qarşılaşacaq.

    Bu oyundan öncə kapazpfc.az saytı baş məşqçi Şahin Diniyev ilə əlaqə saxlayaraq onun start öncəsi fikirləri ilə maraqlanıb:  “Komanda çempionata tam olaraq hazır deyil. Bu, əslində başa düşülən bir şeydir. Çünki startda oyun təcrübəsi olmur. Dünyanın hər yerində belədir, istənilən komanda başlanğıcda hər şeyə hazır olmur. Yarış gedə-gedə futbolçular forma yığmağa başlayırlar. “Kəpəz”in heyəti 65-70 faiz yenilənib, ona görə də bizim üçün indi çətin dövrdür. Zamana ehtiyacımız var, futbolçuların bir-birini tam anlaması, xətlərarası əlaqənin ideal olması üçün çoxlu matçlar keçirməliyik. Çempionat gedə-gedə buna nail olacağıq. Amma bu o demək deyil ki, biz ilk oyunlardan əlimizi yanımıza salıb gözləyəcəyik. Dayanmaq olmaz, layiqli mübarizə aparmalıyıq. Hər bir oyun bizim üçün vacibdir. Premyer Liqanın səviyyəsi yüksəlib. Medallar uğrunda mübarizə aparan komandaların sayı artıb. Bu səbəbdən sıradan oyunlar olmayacaq. Həmçinin də sabahkı matç önəmlidir. Başlanğıc həmişə çətin olur, amma uğurlu start olduqca vacibdir. Komanda bunun məsuliyyətini dərk edir. Odur ki, oyuna ciddi hazırlıq gedir”.

    Diniyev azarkeşlərə də səslənib: “Bu gün bizim azarkeşlərə çox ehtiyacımız var. Gəncə şəhər stadionunun meydançasının təmirə bağlanması səbəbindən ev oyunlarımızı oktyabra kimi kənarda keçirməklə bağlı məsələmiz var. Azarkeşlər bizim “12-ci oyunçu”muzdurlar deyə onlara ehtiyacımız böyükdür. Əgər klublarla razılaşa bilməsək, ev oyunlarımızı elə fanatlarımıza görə Tovuzda keçirəcəyik. Onları Tovuza dəvət edirəm. Stadionu doldursunlar ki, özümüzü evdə olduğu kimi hiss edə bilək. Elə “Sumqayıt” ilə səfər oyunu üçün də Bakıdakı azarkeşlərimizə müraciət edib onları dəstəyə çağırıram. Yeni komanda yaratmışıq, uşaqlara dəstək olmaq lazımdır”.   

     

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0