Xəbər Lenti

    "Qarabağ"ın pley-off oyunu üçün kassalar önündə uzun növbə - FOTO

    FutbolTarix: 2017-08-12 12:35:00
    ...

    Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanaraq tarix yazan “Qarabağ” qrup mərhələsində adlamaq üçün Danimarka “Kopenhagen” ilə üz-üzə gələcək. Sport24.az xəbər verir ki, Azərbaycan futbolu üçün ən önəmli oyunlardan birinə maraq olduqca böyükdür. 

    Artıq bugündən matça biletlər satışa çıxıb. Biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır. İlk gün olmasına baxmayaraq qarşılaşmaya maraq həddən çoxdur. Bunu nəzərə alıb stadionun kassalarının önünə yollandıq. Gördüyümüz mənzərə doğrudan da təəccüblü idi. Kassaların qarşısında uzun bir növbə yaranıb. Yüzlərlə azarkeş bilet almaq üçün havanın isti olmasına baxmayaraq növbə gözləyir. 

    “Qarabağ” qara bazarın qarşısını almaq üçün də addım atıb. Belə ki, hər şəxsə yalnız 3 bilet satılır. Elə fanatlardan biri bundan narazı qalmışdı: “3 bilet aldım. Getdim evə və yenidən 3 bilet lazım oldu. Bura qayıtsam da, satıcılar ikinci dəfə mənə bilet satımadılar. Səbəb kimi isə bir şəxsə yalnız 3 biletin satıldığını bildirdilər”.

    Kassalardakı satıcılar isə bu addımın yalnız qara bazardan xilas olmaq üçün atıldığını bildirdi. (qafqazinfo.az)

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0