Xəbər Lenti

    Elnur Cəfərov "Xəzər Lənkəran"la "Neftçi" arasında fərq qoymur: "Bunlar futboldan başı çıxmayanlardı"

    FutbolTarix: 2017-08-12 10:28:00
    ...

    “Neftçi”nin yarımmüdafiəçisi Elnur Cəfərov Topaz Premyer Liqasının ilk turunda “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra müsahibə veirb. Sport24.az xəbər verir ki, yeni transferlərədn olan futbolçu jurnalistlərin suallarını cavablandırıb:

    - Uzun fasilədən sonra Premyer Liqada oynadınız. Təəssüratlarını bilmək istərdik...

    - İlk oyunda hər iki komanda qələbə qazanmaq istəyirdi. Buna nail olmaq istəyi böyük idi. Səhvlərimizdən qollar buraxdıq. Belə oyunda uğur qazana bilərdik, amma alınmadı.

    -  Demək olarmı ki, “Neftçi" komanda kimi tam formalaşmayıb?

    - Yaxşı kollektivimiz var. Sadəcə, bunu meydanda nümayiş etdirə bilmədik. Qarşıdakı matçlarda bunu göstərəcəyik.

    - Oyununuz niyə alınmadı ?

    - “Qarabağ” çox güclü komandadı. Amma söhbət yalnız “Qarabağ”dan getmir. Qalib gələ bilərdik. Hər şey əlimizdə idi. Amma səhvlərimiz hər şeyi alt-üst etdi.

    - Səhvlərin düzəldilməsi üçün nə qədər vaxta ehtiyac var?

    - Bunun üçün zzərimizdə çalışmalı, səhvlərdən nəticə çıxarmalıyıq. Bunu etsək, növbəti oyunlarda bəhrəsini görəcəyik.

    - Qələbə qazana biləcəyini dedi. Halbuki qola qədər qapıya zərbəniz olmayıb. Bəs nəyə əsasən belə düşünürən?

    -  Öz səhvlərimizdən uduzduq. Bunları etməsəydik, oyunun gedişində dəyişiklik edə bilərdik.

    - “Neftçi” bu oyunla medalçılar sırasına düşə biləcəkmi?

    - Məqsədimiz budu. Yekunda mükafatçılar sırasına düşmək üçün əlimizdən gələni edəcəyik. 

    - Sabiq “Xəzər Lənkəran”lı kimi özünüzü “Neftçi”də necə hiss edirsən?

    - Peşəkar futbolçuyam və işimi görməyə çalışıram. Hansı komandanın olmasının fərqi yoxdu. Şərəfini qoruduğum komandanın uğur qazanması üçün çalışıram.

    - Azarkeşlərdən hansı narazılıqlar eşitmisən?

    - Sosial şəbəkələrdən xəbərim yoxdu. Kənarda nəsə deyirlər. Bunlar futboldan başı çıxmayanlardı.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0