Xəbər Lenti

    Rəmiş Malıyev: "Raufun "İnter"lə 1 illik müqaviləsi var və albanların kompensasiya vermək fikri yoxdu"

    FutbolTarix: 2017-08-12 09:41:00
    ...

    "Adrian Skarlatake ilə yeni müqavilə məsələsini həll etmişik. Ancaq Rauf Əliyevlə bağlı vəziyyət fərqlidi. Onun bizimlə müqaviləsi var". Bu fikirləri Sport24.az-a açıqlamasında "İnter"in icraçı-direktoru Rəmiş Malıyev bildirib. Komandanın ötən mövsüm bombardiri olan hücumçusu Rauf Əliyev Albaniyaya yollnaraq "Kukesi" ilə bu gün rəsmi müqavilə imzalayacaq. 

    Malıyev Əliyevin komandada qalması üçün addım atdıqlarını bir daha diqqətə çatdırıb: "Bildiyiniz kimi, "Raufun klubumuzun prezidenti Zaur Axundovla görüşü olmuşdu. Təbii ki, bizim klub olaraq futbolçular qarşısında müəyyən öhdəçiliklərimiz var. Yubanmalar olur və bu, narazılıqlar yaradır. Biz bütün bunları yaxşı başa düşürük və müqaviləylə nəzərdə tutulan öhdəliklərimizi yerinə yetirməyə çalışırıq. Futbolçularımıza maaşlardan yalnız iyul ayı qalıb".

    Klub rəsmisinin fikrincə, əsas məsələ odur ki, Raufun "İnter"lə 2018-ci ilədək müqaviləsi var: "Bu isə məsələnin hüquqi səviyyədə həllini zəruri edir. Yəni futbolçu klubla anlaşması olduğundan digərinə sərbəst keçə bilməz. Bu, ona görə müəyyən kompensasiyanın ödənilməsi qarşılığında mümkündü. Albanların isə bildiyimə görə, kompensasiya vermək fikri yoxdu. Hər halda, belə bir şey olsaydı, mənim bir klub rəsmisi kimi məlumatım olardı. Ona görə məsələ açıq qalır".

    Xatırladaq ki, Rauf 2015-ci ilin yayından "İnter"də çıxış edir.

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0