Xəbər Lenti

    Dreksa "Neftçi"ni hesabdan silməyi düzgün saymır: “Qarabağ" "Kopenhagen”i keçməyə qadirdi"

    FutbolTarix: 2017-08-12 09:20:00
    ...

    “Çempionata uğurlu start götürmədik. Amma pozitiv olmalı, işimizi davam etdirməliyik. Növbəti oyunlara köklənib qələbə qazanmalıyıq”. Sport24.az xəbər verir ki, "Neftçi”nin çexiyalı futbolçusu Pavel Dreksa Premyer Liqanın I turunda "Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

    "Ağ-qaralar"ın Avstriya toplanışından sonra çox şeyin müsbətə doğru dəyişəcəyi gözlənilirdi. Amma əvvəlki vəziyyət olub. Dreksanı dinləyək: "Bu, mənim üçün çox çətin sualdı. Ancaq siz də bilirsiniz ki, “Qarabağ” çox güclü komandadı. Növbəti həftə Çempionlar Liqasının pley-off mərhələsində çıxış edəcək. Üstəlik, biz də oyun zamanı bir neçə ciddi səhvə yol verdik. Məğlubiyyətin də əsas səbəbi budu".

    Çexiyalı müdafiəçi növbəti oyunlarda hər şeyin yaxşı olacağını düşünür: "Bu, ilk oyunumuz idi. Təbii ki, hər şey yaxşıya doğru gedəcək. Fikrimcə, ilk oyundan sonra “Neftçi”ni hesabdan silmək doğru olmaz. Daha çox çalışmalıyıq və ikinci turdakı oyunda mütləq qələbə qazanmalıyıq".

    Pavel Qarabağ”ın güclü olduğunu və Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”i keçməyə qadir olduğunu  deyib: “Qarabağ” çox güclü komandadır. Komandada ciddi dəyişiklik yoxdu. Ötən ilki sistemlə oynayır. “Kopenhagen”i keçmək şansı var. “Qarabağ”a uğurlar arzu edirəm”.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0