Xəbər Lenti

    "Qəbələ"nin balansda geri qaldığı rəqiblə 41-ci dueli

    FutbolTarix: 2017-08-12 00:09:00
    ...

    Topaz Premyer Liqasında 2017/18 mövsümünə start verilir. Sport24.az xəbər verir ki, avqustun 11-də başlayacaq ilk turun görüşləri üç gün davam edəcək. “Qəbələ” turun ikinci günündə meydana çıxacaq. “Qırmızı-qaralar” səfərdə “İnter”lə qarşılaşacaq. Ötən mövsümün gümüş mükafatçısı olan komandamız bürünc medalın sahibini sınağa çəkəcək. Bu, rəqiblərin tarix ərzində 41-ci rəsmi dueli olacaq.

    İlk dəfə 11 il əvvəl qarşılaşan komandalar indiyədək 40 dəfə üz-üzə gəlib. Hesabında 12 qələbə olan “Qəbələ” 13 dəfə bərabərliklə kifayətlənib. 15 matçda isə Bakı təmsilçisi qalib gəlib. Top fərqində də paytaxt təmsilçisi öndədir – 54:40.

    Keçirilən 40 qarşılaşmadan 36-sı çempionata, 4-ü kuboka təsadüf edib. Premyer Liqa oyunlarında 9 dəfə qələbə qazanan “qırmızı-qaralar” səfər matçına yubiley uğuru üçün çıxacaq. Komandamız 13 heç-heçə etdiyi rəqibi ilə görüşlərin 14-dən xalsız ayrılıb. Çempionatda rəqib qapısından 33 top keçirən “İnter” 48 qol buraxıb.

    “İnter”in qonağı olacaq “Qəbələ” 20 dəfə səfərdə indiki rəqibi ilə qarşılaşıb. Bu matçların 10-da meydan sahibləri qalib gəlibsə, 5 bərabərlik qeydə alınıb. “Qırmızı-qaralar” rəqib meydanında 5 dəfə qələbə əldə edib. Bakılılar 34, qəbələlilər 19 dəfə qol sevinci yaşayıb.

    “Qəbələ” – “İnter” qarşılaşmalarında vurulan 94 qolun müəlliflərinə nəzər salsaq, Daniel Subotiç hamıdan çox – 5 dəfə fərqlənib. Komandamızın sabiq hücumçusu bu qollardan 4-nü 2017-ci ildə rəqib qapısından keçirib. “İnter”in futbolçularından Robertas Poşkus, Valter Quqlemon, Petar Zlatinov və Mikel Alvaro hərəyə 4 qol vurub.

    Ötən mövsüm baş tutan 6 matçda – 4 çempionat və 2 kubok görüşündə rəqibinə uduzmayan “Qəbələ” ümumilikdə 9 oyundur “İnter”ə məğlub olmur. Bu müddətdə 5 qələbə və 4 heç-heçəsi olan “qırmızı-qaralar” 2017-ci ilə təsadüf edən son 4 görüşdə qalib gəlib.

    Xatırladaq ki, “İnter Arena”da keçiriləcək “İnter” – “Qəbələ” qarşılaşması saat 20:00-da başlayacaq.

    2006/07 mövsümü

     

    05.08.2006. Premyer Liqa. Gilan (Qəbələ) - İnter (Bakı) - 0:0

     

    12.02.2007. Premyer Liqa. İnter (Bakı) - Gilan (Qəbələ) - 2:0

    Daniel Axtyamov, 57, 61

     

    2007/08 mövsümü

     

    02.12.2007. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 2:1

    Vitali Balamestnı, 10, 47 – Nizami Hacıyev, 65

     

    28.05.2008. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:0

    Roman Qoela, 22, Xaqani Məmmədov, 35, Mahmud Qurbanov, 44, Petar Zlatinov, 75

     

    2008/09 mövsümü

     

    30.08.2008. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1

    Valter Quqlemon, 85 - Tyaqu da Silva, 23

     

    07.03.2009. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1

    Valter Quqlemon, 32

     

    29.04.2009. Azərbaycan kuboku. İnter (Bakı) - Qəbələ - 5:0

    Valter Quqlemon, 5, 12 - pen., Petar Zlatinov, 8, Danildo Assioli, 60, İvan Testimitianu, 76

     

    06.05.2009. Azərbaycan kuboku. Qəbələ - İnter (Bakı) - 2:0

    Kənan Kərimov, 40, Azər Bağırov, 87

     

    2009/10 mövsümü

     

    26.09.2009. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 3:2

    Vladimir Levin, 68, Da Silva Rocha Leonardo, 88, Girts Karlsons, 90 - İqor Melnik, 36, Kristian Torres, 69

     

    24.12.2009. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1

    Petar Zlatinov, 87

     

    10.04.2010. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

    Kənan Kərimov, 90 (p.) - Robertas Poşkus, 61 (p.)

     

    15.05.2010. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:1

    Petar Zlatinov, 16 (p.), Robertas Poşkus, 40, 47, 67 - Tomaş Stolpa, 90+1

     

    2010/11 mövsümü

     

    19.09.2010. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1

    Rövşən Əmiraslanov, 35

     

    13.11.2010. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:0

     

    2011/12 mövsümü

     

    23.10.2011. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1

    Danildo Assioli, 20 (p.) - Deon Barton, 58 (p.)

     

    11.12.2011. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0

     

    24.03.2012. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 2:1

    Yannik Kamanan, 60, Deon Burton, 83 - Nizami Hacıyev, 76

     

    22.04.2012. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1

    Nizami Hacıyev, 25,  İbrahima Niasse, 31 - Luiz Paulo Hillario, 8

     

    2012/13 mövsümü

     

    10.08.2012. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:0

    Leurival Rodrigez, 14

     

    17.02.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1

    Arif Daşdəmirov, 7, Samir Zərgərov, 73 - Yannik Kamanan, 23

     

    13.03.2013. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:2

    Viktor Mendi, 62 - Asif Məmmədov, 26, Yuri Fomenko, 29

     

    19.05.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:0

    Ramil Mansurov, 87

     

    2013/14 mövsümü

     

    11.08.2013. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 3:2

    Leonardo da Silva, 54-p., Vladimir Levin, 70, İbrahima Niasse, 83 - Slavço Georgiyevski, 20, Vaqif Cavadov, 90

     

    19.10.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:1

    Daniel Subotiç, 45+1

     

    23.03.2014. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:4

    Viktor Mendi, 89 - Baçana Sxadadze, 14, Mikel Alvaro, 46, 54, Matija Spiçiç 57

     

    12.05.2014. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:0

     

    2014/15 mövsümü

     

    10.08.2014. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:0

    Aleksandr Amisulaşvili, 9, Mikel Alvaro, 15, 71, Məhəmməd Mirzəbəyov, 19 

     

    21.12.2014. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

    Dodo, 38 - Məhəmməd Mirzəbəyov, 67

     

    18.03.2015. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:2

    Aleksandr Amisulaşvili, 74 - Aleksey Qay, 40, Ruslan Abışov, 90+1

     

    16.05.2015. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

    Aleksey Qay, 5 - Asif Məmmədov, 27

     

    2015/16 mövsümü

     

    12.09.2015. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1

    Dieqo Martins, 10, 29 -  Aleksey Antonov, 84

     

    09.11.2015. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

    Aleksey Antonov, 30 -  Dieqo Martins, 35

     

    07.02.2016. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:1

    Ermin Zets, 18

     

    03.04.2016. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0

     

    2016/17 mövsümü

     

    12.08.2016. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0

     

    15.10.2016. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1

    Ağabala Ramazanov, 48 // Sergey Zenyov, 69

     

    04.03.2017. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:2

    Tellur Mütəllimov, 71; Daniel Subotiç, 82

     

    30.03.2017. Azərbaycan kuboku. İnter (Bakı) - Qəbələ - 1:3

    Adrian Skarlatake, 18 // Daniel Subotiç, 14 (p.), 47; Filip Ozobiç,88 (p.)

     

    05.04.2017. Azərbaycan kuboku. Qəbələ - İnter (Bakı) - 2:0

    Daniel Subotiç, 12; Baqali Dabo, 33 

     

    24.04.2017. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 4:3

    Rikardinyo, 14; Sergey Zenyov, 26; Adrian Skarlatake, 33 (ö.q); Tellur Mütəllimov, 90+1 // Rauf Əliyev, 3, 78 Elnur Abdullayev, 72

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0