Xəbər Lenti

    Şahin Diniyev: "Bu gün bizə oyundan çox 3 xallıq nəticə lazımdı"

    FutbolTarix: 2017-03-19 10:29:23
    ...

    “Əvvəlcə Novruz bayramı münasibəti ilə hamını təbrik edirəm. Bizim bu qələbəmiz “Kəpəz”in azarkeşləri üçün bayram hədiyyəsi oldu". Sport24.az xəbər verir ki, bu fikirləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XXIII turunda "Sumqayıt"la oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

    O, 1:0 hesabı ilə qalib gəldikləri matçın gərgin alındığını söyləyib: "İlk yarıda lazımı nəticəni qazandıqdan sonra ikinci hissədə daha çox oyunumuzu əks-hücumlarla qurmaq istədik. Növbəti qolu vurmaq üçün imkanlarımız var idi. Layiqli qələbə qazandıq və yolumuza davam edirik".

    Diniyevin fikrincə, son görüşlərin hamısı ağır keçir: "Bu gün bizə oyundan çox 3 xallıq nəticə lazımdı. İtirdiklərimizi onsuz da itirmişik, amma sevinirəm ki, 5 matçdır komanda uduzmur. Baxmayaraq ki, güclü rəqiblərlə qarşılaşmışıq”. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10