Xəbər Lenti

    Millimizin üzvü: "Gələcək karyeram üçün bu düzgün bir addım idi"

    VoleybolTarix: 2017-08-11 18:01:00
    ...

    Yelizaveta Səmədova: “Hədəflərimiz yüksəkdir”

    Azərbaycan milli komandasının voleybolçusu Yelizaveta Səmədova azarkeşlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, legioner həyatı yaşayan oyunçumuz Voleybol Federasiyasının feysbuk səhifəsinə hazırkı durumu və Avropa çempionatı barədə danışıb.

    - Azərbaycanda yaşamaq nə qədər rahatdı? 
    - Azərbaycana 17 yaşımda gəlmişəm. Amma tək yox, Ukraynadan gələn bir neçə nəfər idik. Ona görə də həmin qızlarla tək məşqlərdə yox, zaldan kənarda da bir yerdəydik. Bu üzdən də yeni mühitə uyğunlaşmağa heç bir problem olmadı.

    - Millidə oynamaq təklifini hansı səbəblərdən qəbul etdin? Əsas səbəblərdən biri pul idimi?
    - Bakı klubu ilə danışıqlarımız çox çəkdi. Hətta Bakıya baxışa gəlmişdik. Düzünü desəm, rastlaşdığım şərait, zal, burada oynayan voleybolçular məni valeh etdi. Vətəndaşlığa gəlincə, valideynlərimlə çox fikirləşdik və Azərbaycana üstünlük verdik. Gələcək karyeram üçün bu düzgün bir addım idi. O ki qaldı pula, hər bir klubun oyunçuları maaş alır, mənim də öz maaşım var idi.

    - Avropa çempionatında əsas hədəfiniz nə olacaq?
    - Hədəflərimiz çox yüksəkdir. Avropa çempionaına ciddi hazırlaşırıq və inanıram ki, yaxşı nəticəyə nail ola bilərik.

    - Yeni klubunda əsas heyətdə olacağına inanırsan?
    - Çox şadam ki, belə güclü çempionatda (İtaliya A seriyasında) oynayacam. Çətin olacaq, amma əlimdən gələni edəcəm ki, özümü və ölkəmi layiqincə təmsil edim.

    - Niyə “Modena”nın təklifini qəbul etmədiz? Məncə, “Modena” daha güclü klubdu. Rəqabətdən çəkindiniz?
    - “Modena” bu il o qədər də güclü deyil. Bəli, onlardan da təklif var idi. Amma ailəmlə və menecerimlə məsləhətləşib, “Savino del Bene”ni seçdim.

    - Niyə “8 nömrə”ni seçmisiz?
    - Adətən, mən “3 nömrə” altında oynayıram. Amma həmin nömrə artıq alınmışdı deyə “8”i seçdim.

    - Bu vaxta kimi işlәdiyin baş mәşqçilәr arasında ən çox sevdiyin mütəxəssis hansıdı?
    - İlk məşqçim Andrey Anatolyeviç Onipka.

    - Karyeranda sonradan təəssüfləndiyin addım atmısan?
    - Yox və ümid edirəm ki, olmayacaq.

    Ən maraqlı sualın müəllifi Mübariz Təhməzov (“Modena” haqqında sual) Yelizaveta Səmədovadan Azərbaycan-Macarıstan oyununa iki bilet qazandı.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10