Xəbər Lenti

    "Qəbələ" Araz Abdullayevi "Anortosis"ə 1 illiyə icarəyə verir

    FutbolTarix: 2017-08-11 17:00:00
    ...

    "Araz Abdullayevin keçidi ilə birbaşa olaraq klubla klubla danışmır". Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı bildirib. Əsas komandanın rəisi olan adışəkilən şəxs millimizin üzvü olan futbolçusu Araz Abdullayevin Kiprin "Anortosis" klubuna keçidinə aydınlıq gətirib.

    Səfiyarlının sözlərinə görə, 25 yaşlı cinah yarımmüdafiəçisinin Famaqusta klubuna birbaşa transferi nəzərdə tutulmayıb: "Futbolçuyla əməkdaşlıq edən adammı, agentimi deyək, bizə deyib ki, Arazla bağlı belə bir variant var. Onu icarəyə verərsinizmi? Biz də məsləhətləşdik, məsələni götür-qoy elədik, baş məşqçimizlə danışdıq. Sonda qərara gəldik ki, icarəyə verək. Bu 1 mövsümlükdür. Araz dünən düşərgəmizdə idi. Onun icarə müqaviləsini hələ imzalamamışıq".

    Xatırladaq ki, Abdullayev ötən qış fasiləsindən yetirməsi olduğu "Neftçi"dən "Qəbələ"yə keçərək 2 illik müqavilə imzalayıb.

    MEHMAN SÜLEYMANOV 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0