Xəbər Lenti

    Rauf Əliyev: "Neftçi" ilə oyunda əsas səhvimiz bu oldu ki..."

    FutbolTarix: 2017-03-19 10:23:40
    ...

    "İnter" "Neftçi" ilə paytax derbisində ardıcıl 3-cü məğlubiyyətini alıb. Komandanın aparıcı futbolçularından biri Rauf Əliyev matçdan sonra Sport24.az-ın suallarını cavablandırıb. "İnter"in əsas qol ümidi olan təcrübəli hücumçunun fikrincə, müddafiə taktikası seçmələri nəticəyə mənfi təsir göstərib. 

     

    - Məğlubiyyətin səbəbini nədə görürsən?

    - Birinci hissəni çox zəif oynadıq. Ancaq oturduq arxaya, "Neftçi"nin hücumlarını izlədik. Buna görə də qol buraxdıq. İkinci hissədə özümüzə gəldik. Ancaq gözləmədiyimiz bir qol...Oyun bərabərliklə qurtara bilərdi, ancaq məğlub olduq. "Neftçi" ilə bu mövsüm oyunlarımız alınmadı. 4 oyundan 3-də uduzmuşuq. Bu rəqiblə matçlarda problem var. Onu fikirləşmək lazımdı ki, "Neftçi" ilə oyunlar bizdə niyə alınmır.

     

    - Elə düşünmürsən ki, bu gün "Neftçi" oyuna  xüsusi istək, təzyiqlə başladı?

    - Bu, gözlənilən idi. Sadəcə, bizim səhvimiz bu oldu ki, müdafiədə çox oturduq. Bu da belə nəticəyə gətirib çıxardı. Belə olmamalı idi. Biz oyunu ikinci hissədə olduğu kimi hücumdan qursaydıq, tam fərqli olardı.

     

    - Maliyyə problemləri ilə bağlı gəzən söz-söhbətlər belə oyunlara köklənməyə təsir edirmi?

    - Maaşlardan 1 ay qalıb. Maddi problemlərə əvvəldən fikir versəydik, onda gərək çempionatda oynamazdıq. "İnter"in 1 ildən çoxdur maddi probemləri var, bu söhbətlər gəzir. Bir az maddi durumumuz düzəldi.  Bu problemin oyuna köklənməklə əlaqəsi yoxdu. Komandanın yaşayacağını deyiblər. Sadəcə, baxır necə vəziyyətdə olacaq. Biri var iddialı, biri də var sıradan bir klub kimi. Biz də bilmirik dəqiq necə olacaq,  "yuxarıdakılar" da bir şey demir. Sadəcə, "İnter"in yaşayacağını bildiriblər.

     

    - Bunun komandaya medalçılar sırasına düşməyə təsiri olacaqmı?

    Onu bilmirəm. Hər halda, təsiri olmalıdır. Biri var 6-7-ci yerdə gedən komandaya sponsorluq etsin. Biri də var ki, hazır Avropa Liqasına gecən komandaya himayədarlığa götürsün. Bu, tam başqadır. Ona görə də böyük fərqi var. 

     

    CEYHUN ƏLİYEV

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10