Xəbər Lenti

    Ramil Quliyev Useyn Boltla yarışmadığına görə peşman deyil: "Spasibo" deməyim artıq yadımda deyil"

    DigərTarix: 2017-08-11 15:00:00
    ...

    Türkiyəni təmsil edən, 200 metr məsafə qaçış üzrə yeni dünya çempionu olan azərbaycanlı Ramil Quliyev qazandığı tarixi uğurdan sonra Rusiyanın “Sport-Ekpress” qəzetinin suallarını cavablandırıb. Sport24.az həmin müsahibəni təqdim edir. 

    - Medal qazanacağıma 99 faiz əmin idim. Amma qızıl qazanmaq... Bu, əlbəttə, xoşbəxtlikdi. Demək olar ki, karyeramda ən böyük uğurlardan birinə nail oldum. İndi növbəti hədəfim Olimpiya medalıdı.
     
    - Bilirsiniz ki, van Nikkeri sona bir neçə metr qalmış keçdiniz?

    - Hamının bərabər qaçdığını hiss edirdim. Bildim ki, medal olacaq. Amma tabloya baxıb öz adımı orada görəndə... Bu, fərqli bir şey idi.

    - Azərbaycan bayrağını götürməyi əvvəlcədən planlaşdırmışdınız?

    - Bəli. İki bayraqla dövrə vurmaq arzum idi.

    - Useyn Boltdan sonra özünü çempion kimi görmək neçə hisdir?

    - Çox xoşbəxtəm.

    - 100 metrlik məsafəyə qaçışdan imtina etməyinizə görə peşman deyilsiniz? Hər halda, bu nəticə ilə Useyn Boltla medal uğrunda yarışa bilərsiniz.

    - Yox, peşman deyiləm. Hər halda, 100 metr məsafəyə qaçışda şansım azdı. Orada medal qazanmaq üçün hər mövsüm 9.90 – 9.85-lik nəticən olmalıdı.

    - Virus yayılan oteldə qalmırdınız?

    - Yox. Başqa oteldə qalırdım. Amma hər halda xəstələnməkdən qorxurdum. Bəlkə də, bu, karyeramda yeganə medal qazanmaq şansım idi. Bu şansı əldən vermək dəhşətli olardı.

    - Finişdən sonra siz stadionun diktoruna rus dilində “Spasibo” dediniz...

    - Doğrudan? Ola bilər. Yadımda deyil artıq. Bu, artıq emosiyadı.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0