Xəbər Lenti

    Zdenek Folprext: "Azərbaycan yığmasına azarkeşlik edəcəm"

    FutbolTarix: 2017-03-19 00:55:00
    ...

    Topaz Premyer Liqasının XXIII turunda “İnter” üzərində 2:1 hesablı qələbədən sonra “Neftçi”nin yarımmüdafiəçisi Zdenek Folprext jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, çexiyalı yarımmüdafiəçi yubiley qələbəsi, komandanın yığdığı forma, habelə milli komandamıza azarkeşlik edəcəyinədək danışdı.

    -    Çox sevincliyəm. Çünki belə bir gündə qalib gəlmək olduqca vacib idi. Nə gizlədim, üzərimizdə müəyyən təzyiq var idi. Lakin ən önəmlisi odu ki, 80 illik yubileyi qələbəylə qeyd edirik.

    -    Yeni formanızı bəyəndin?
    -    Karyeramda ilk dəfədi ki, tarixi formada oynayıram. Yeni dəst olduqca xoşuma gəldi. Ən önəmlisi isə odu ki, bu formayla qələbə qazandıq.

    -    Bu klubun Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu yəqin indi daha yaxşı dərk edərsən...
    -    Əlbəttə, əvvəlcədən də, “Neftçi”yə gəlməmişdən yetərincə məlumat toplamışdım. Ancaq bu gün bu komandanın Azərbaycan üçün nə dərəcədə vacib olduğuna şahidlik etdik.

    -    Ardıcıl iki iddialını – “Qəbələ” və “İnter”i məğlub etdiniz. “Neftçi”nin dirçəldiyini demək olar?
    -    Nə gizlədim, çox yaxşı forma yığmışıq. Qış fasiləsindən sonra toplanan xallara baxsaq, yəqin ki, turnir cədvəlinin ən üst sıralarında qərarlaşardıq. 

    -    2-ci və 3-cü pillədə qərarlaşan komandaları məğlub etdiniz. Liderə də eyni aqibəti yaşatmaq mümkün olacaq?
    -    “Qarabağ”a qarşı 3 dəfə oynamışam. İki dəfə “Slovan”ın şərəfini qoruyarkən, bir dəfə də “Neftçi”nin. Bu matçların heç birində uduzmamışam. Futbolda mümkünsüz heç nə yoxdu.

    -    “Qarabağ”a qarşı “Slovan”ın heyətində özünü qələbəyə daha yaxın hiss edirdin, yoxsa “Neftçi”nin?
    -    Düşünürəm ki, “Slovan” və “Neftçi” eynisəviyyəli klublardı.


    -    Çexiya yığması millimizlə eyni qrupda yer alır. Turnir cədvəlini nəzərə alsaq, Almaniyanın Bakıdakı oyunda millimiz üzərində qələbəsini arzulayacaqsan?
    -    Yanılırsız. Azərbaycan yığmasına azarkeşlik edəcəm. Millinizdə komanda yoldaşlarım - Ruslan Abışovla Namik Ələsgərov oynayır. Azərbaycan – Almaniya matçını stadiondan izləyəcəm.

    -    Bəlkə incimisən ki, səni milliyə çağırmayıblar?
    -    Yox-yox, elə bir şey yoxdu. “Neftçi” 1-2-ci yerlər uğrunda mübarizə apardıqda, millimizin məşqçiləri mənə də diqqət edəcəklər.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0