Xəbər Lenti

    Uqo Barqas: "Əlamətdar gün bizə motivasiya verdi"

    FutbolTarix: 2017-03-19 00:23:00
    ...

    Topaz Premyer Liqasının XXIII turunda "İnter" üzərində 2:1 hesablı qələbənin "təməl daşı"nı "Neftçi"nin hücumçusu Uqo Barqas qoydu. Sport24.az xəbər verir ki, matçdan sonra forvard jurnalistlərin suallarını cavablandırıb.

     

    - Gözlədiyimiz kimi, oyun çətin keçdi. Məşqçimizin verdiyi tapşırıqları oyun zamanı bacardığımız qədər düzgün yerinə yetirməyə çalışdıq. Əziyyətimizin bəhrəsini qollarla gördük. Sonda müəyyən qədər arxaya çəkildik, komandada yorğunluq var idi. Çünki ikinci hissənin əvvəlində çox işləmişdik, mübarizə aparmışdıq. Buna baxmayaraq, gücümüzü topladıq və qələbə qazana bildik. Qələbə münasibəti ilə azarkeşlərimizi, bütün “Neftçi”sevərləri təbrik edirəm.

     

    - Ancaq “İnter” qollardan birinin əvəzini çıxdı...

    - İkinci qoldan sonra komandada müəyyən qədər arxayınlıq yarandı, geri çəkilməli olduq. Çünki hesabı olduğu kimi saxlamağa çalışırdıq. Bununla “İnter”in zəif oynadığını demək istəmirəm. Rəqib sona qədər yaxşı oynadı, yaxşı futbolçuları var. Sadəcə, biz imkanlarımızdan yaxşı istifadə edə bildik. Qalan dəqiqələr isə onlar üçün yetərli olmadı.

     

    - Bu gün “Neftçi”nin 80 illik yubileyi qeyd olunurdu. Bu amilə görə üzərinizdə təzyiq yox idi?

    - Əlamətdar günə görə üzərimizdə hansısa təzyiq yox idi. Əksinə, bu, bizə əlavə motivasiya verdi. Bu gün mütləq qələbə qazanmalı və azarkeşlərimizi sevindirməli idik. Düşünürəm ki, layiqli qələbə qazandıq. Oyundan-oyuna komanda daha yaxşı oynayır, qazanılan qələbələr bizə əlavə motivasiya verir. Deyərdim ki, “Qəbələ” üzərində qələbə bizə böyük güc vermişdi.

     

    - Rəqib qapıçının bəstəboy olması vurduğun qola təsir etdimi?

    - Qapıçı bir az hündür olsaydı, bəlkə də, o topu qaytarardı. Amma ikinci qolda boy amili rol oynamadı. Məşqçimiz də tapşırmışdı ki, qapıçının boyu balacadır, bacardığınız qədər uzaqdan zərbələr vurun. Məncə, bunu maksimum yerinə yetirə bildik.

     

    - 80 yaşlı klubun yubiley günündə tribunada az sayda azarkeşin olması sənə necə təsir edir?

    - Düzdü, futbolu azarkeşsiz təsəvvür etmək olmur. Son oyunlarda görürəm ki, azarkeşlərimizin sayı artmaqdadır. Təbii ki, bu, komandanın arıdıcıl qələbələr qazanması ilə bağlıdır. Biz də qələbələr qazanıb, azarkeşlərimizi artırmağa çalışacağıq. 

     

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0