Xəbər Lenti

    Federasiyanın İdman Kompleksi fəaliyyətə başladı

    DigərTarix: 2017-03-18 22:46:00
    ...

     Sumqayıtda Dənizkənarı Bulvar ərazisində açılmış Azərbaycan Stolüstü Tennis Federasiyasının İdman Kompleksinə baxış keçirilib. Sport24.az xəbər verir ki, tədbirdə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti, iqtisadiyyat naziri Şahin Mustafayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak ediblər.

    Müasir idman kompleksi yüksək səviyyəli idmançıların, milli yığma komanda üzvlərinin hazırlanması, müxtəlif yaş qrupları arasında respublika və beynəlxalq səviyyəli təlim-məşq toplantılarının və yarışlarının yüksək səviyyədə keçirilməsi üçün nəzərdə tutulub. Ümumi sahəsi 6000 kv.m olan kompleksə ixtisaslaşdırılmış stolüstü tennis zalı, 2 müasir süni örtülü mini futbol meydançası və inzibati bina daxildir. Binada 6 soyunub-geyinmə otağı, 4 yuyunma otağı, istirahət otaqları və kafe var.

    Bu stolüstü tennis zalında hər biri 2 saat olmaqla 4 məşq keçirilə bilər. Məşq prosesi üçün zalda 25-ə qədər tennis stolu yerləşdirmək mümkündür ki, bu da bir məşqçiyə 50 yeniyetmə idmançı ilə məşq etmək imkanı yaradır. Ümumilikdə gün ərzində 200-dən çox tennisçi kompleksdən istifadə edə bilər. Bununla yanaşı müasir standartlara cavab verən 2 mini futbol meydançası idmançıların istifadəsinə verilib.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10