Xəbər Lenti

    "Baku World Open 2017" turnirinin qalibləri məlum oldu - FOTOLAR

    DigərTarix: 2017-08-07 12:00:00
    ...

    Avqustun 5-də Bakı Su İdmanı Sarayında futvole (çimərlik voleybolu və futbolun sintezi) üzrə beynəlxalq turnirə yekun vurulub. Sport24.az xəbər verir ki, Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təşkilatçılığı ilə keçirilən turnir iki gün davam edib. Beynəlxalq futvole yarışları sırasına daxil  olan və "Baku World Open" adlanan turnirdə kişilərdən ibarət 8,  qadınlardan ibarət 4 komanda yarışıb.

    Qadınların yarışında Azərbaycan, Rusiya (iki komanda) və Ukrayna  yığması iştirak edib. Kişilərin yarışda Azərbaycan yığması ilə yanaşı, Rusiya (iki komanda), Finlandiya, Pakistan, Hollandiya, İran və Ukrayna komandaları mübarizə aparıb. Əvvəlcə Azərbaycanın qadınlardan ibarət  yığması Rusiyanın birinci komandası ilə qarşılaşıb. Təmsilçilərimiz ilk  görüşdə qalib gəliblər - 2:0.

    Sonra turnirin açılış mərasimi keçirilib. Mərasimdə AFNA-nın prezidenti Vüqar Xəlilov yarış iştirakçılarını və idmançıları salamlayaraq onlara uğurlar arzulayıb. Daha sonra "Baku World Open" turniri rəsmi olaraq açıq elan edilib. Yarış kişilərdən ibarət komandaların oyunları ilə  davam edib. Qrup mərhələsi çərçivəsində keçirilən matçlar sonunda Azərbaycan, Rusiya, Hollandiya və İran yarımfinala vəsiqə qazanıb. Turnirin bu mərhələsində Hollandiya Azərbaycan yığmasını məğlub edərək, finala adını yazdırıb. İkinci finalçı isə Rusiya komandasını yenən İran yığması olub. Hollandiya və İran arasında baş tutan final 
    qarşılaşmasında, avropalılar Asiya təmsilçisinə 2:1 hesabı ilə qalib  gələrək, ilk dəfə keçirilən "Baku World Open” turnirinin qalibi adını  qazanıb.

    Qadınların yarışında isə Ukrayna yığması bütün rəqiblərini arxada qoyub. Qaliblərə kubok, medal və qiymətli hədiyyələr verilib.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0