Xəbər Lenti

    Millimizin üzvü: "Bu sualdan sonra o yerlər üçün darıxdığımı anladım"

    VoleybolTarix: 2017-08-07 11:00:00
    ...

    Azərbaycanın voleybol üzrə qadınlardan ibarə milli komandasının oyunçusu Ayşən Əbdüləzimova Azərbaycan Voleybol Federasiyasının rəsmi "Facebook" səhifəsindən azarkeşlərin suallarını cavablandırıb. Sport24.az həmin müsahibəni təqdim edir.

    - Ayşən neçə yaşında voleybolla məşğul olmağa başlayıb? Ona voleybola sevdirən nə olub?

    - Voleybolla 8 yaşdan məşğul olmağa başlamışam. Voleybolu mənə sevdirən elə voleybolun özü olub (gülür). Bu idman növünü həmişə sevirdim. Şadam ki, bu yolu seçdim.

    - İnşallah, səni Avropa klublarında görərik...

    - İnşallah. Mən bu haqda hələ heç nə deyə bilmərəm. Daha doğrusu, indi bu haqda düşünmürəm. Çünki hal-hazırda bütün fikirlərim milli komanda ilə bağlıdı.

    - Ən sevimli azarkeşlərin kimlərdi?

    - Sözsüz ki, valideynlərim.

    - Ən sevdiyin oyunçu kimdi?

    - Vaxtilə İtaliya millisində çıxış etmiş Simona Gioli.

    - Əslən şəkili olan Ayşən sonuncu dəfə Şəkidə nə vaxt olub?

    - Düzünü desəm, xatırlamıram. Amma Şəkini çox sevirəm. Bu sualdan sonra o yerlər üçün darıxdığımı anladım. Boş vaxtım olan kimi oralara mütləq gedəcəyəm.

    - Gələcəkdə məşqçi olmağı fikirləşirsiniz?

    - Perspektivdə hər şey ola bilər. Amma bu sual məncə 3-4 ilə həll olunan və ya cavabı tapılan suallardan deyil. Mən hələ oynamaq istəyirəm. Gələcəyi isə zaman göstərəcək.

    - Karyeranızda ən çətin və ən yaddaqalan qarşılaşma hansıdır?

    - 2014-cü ildə keçirilən dünya çempionatının (DÇ) ilk oyununu qeyd edərdim. Dünya reytinqində 3-cü olan yaponlarla qarşılaşırdıq. O matç yaddaşımdan silinməz. DÇ-də debüt oyunum idi. Yadımdadır ki, qarşılaşmaya pis başladıq, amma toparlanıb tay-brekdə qalib gələ bildik. Bu oyunu həm ən çətin, həm də ən yaddaqalan matçım kimi dəyərləndirərdim.

    - Karyeranızı nə vaxt bitirəcəksiniz?

    - Görsəm ki, voleybol artıq mənə həzz vermir, oyunun ləzzətini hiss edə bilmirəm və ya kiminsə yerini haqsız olaraq tuturam, karyeramı bitirəcəyəm. Ancaq ona qədər hələ var.

    - 20 yaşdan sonra voleybol oynamağa başlaya bilərəm?

    - Həvəskar səviyyədə, əlbəttə ki.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 1 1 0 0 3-1 3
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Kəpəz 1 0 0 1 1-2 0
Səbail 1 0 0 1 1-2 0
İnter 1 0 0 1 1-2 0
Neftçi 1 0 0 1 1-3 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10