Xəbər Lenti

    "Kürəatmada qalib olacağıma şübhə etmirəm" - İslamiadanın paralimpiyaçı iştirakçısı

    İslamiadaTarix: 2017-03-18 21:08:56
    ...

    Mayın 12-22 aralığında Bakıda İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Sayca dördüncü belə turnirin proqramına 20 növ salınıb ki, bunlardan ikisi ilə paralel paralimpiyaçılar da yarışacaq. Bunlar cüdo və atletikadı.

    Ölkəmizi paratletika yarışlarında təmsil edəcək 2008-ci il Pekin Paralimpiya Oyunlarının qalibi, üçqat dünya çempionu Oluxan Musayev Sport24.az-a müsahibə verib. O, turnirə hazırlığı və hədəflərindən danışıb. 

    - Oluxan, hazırlıq prosesi necə keçir?

    - Hazırda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəyəm. Bura Qran Pri turnirində iştirak üçün gəlmişik. Turnir çərçivəsində isə həm də hazırlıq proqramı keçirik. Hazırlıq yüksək səviyyədə gedir. Hər şey uğura doğrudu.

    - Diskatma ilə yanaşı, daha uğurlu olduğunuz kürəatma da Oyunların proqramına daxil edilib. Güman ki, bu, stimulunuzu daha da artırır.

    - Elədi. Sağlıq-salamatlıq olsun, zədədən özümü qoruya bilsəm, kürəatmada qalib gələcəyimə şübhə etmirəm. Bu növdə paralimpiya, dünya çempionu olmuşam, əlçatmaz dünya rekordu müəyyənləşdirmişəm. Niyə də doğma azarkeşlər önündə bu nəticəni təkrarlamayım?! Hər şey yaxşı olacaq.

    - Rəqiblər arasında çəkinəcək biri yoxdumu?

    - Diskatmada güclü idmançılar çıxış edəcəyi gözlənilir. İran, Səudiyyə Ərəbistanı, Tunis atletləri kifayət qədər güclüdülər. Kürəatmada isə rəqib elə özüməm(gülür). Amma yenə deyirəm, zədə filan olmasa.

    -  Müsahibələrin birində Tokio dördilliyinin son tsikl olduğunu demişdiniz. Fikrinizdə qalırsınız?

    - Bəli. Tokioda son iki Paralimpiadadakı uğursuzluğu unutdurmaq istəyirəm. Güman ki, kürəatmanı yenidən proqrama saldılar. İslam Oyunlarından sonra bu barədə dəqiq qərar veriləcək. Elə olsa, nə yaxşı. Karyeramı qələbə ilə başa vurardım.

    Sahib ƏSƏDBƏYLİ

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 23 15 4 4 37-11 49
Qəbələ 23 13 8 2 42-13 47
İnter 23 10 9 4 33-23 39
Zirə 23 8 6 9 20-23 30
Neftçi 23 8 2 13 19-36 26
Sumqayıt 23 6 7 9 20-30 25
Kəpəz 23 5 9 9 16-24 24
AZAL 23 1 7 15 10-37 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 21 15 5 1 54-8 50
Səbail 21 14 2 5 64-23 44
Qaradağ L. 21 14 1 6 50-24 43
Zaqatala 21 13 2 6 60-26 41
Ağsu 21 12 4 5 49-20 40
Şəmkir 21 12 2 7 32-18 38
Mil Muğan 21 10 4 7 33-24 34
MOİK 21 8 6 7 38-23 30
Şərurspor 21 7 4 10 36-39 25
Şahdağ 20 5 5 10 25-36 20
Energetik 21 4 3 14 19-72 15
Göyəzən 21 2 4 15 16-75 10
Rəvan 21 6 1 14 24-55 10
Bakılı 20 2 1 17 22-79 7