Xəbər Lenti

    Millimiz Hollandiya ilə qarşılaşacaq

    DigərTarix: 2017-08-06 11:19:00
    ...

    Avqustun 5-də Bakı Su İdmanı Sarayında futvole (çimərlik voleybolu və futbolun sintezi) üzrə beynəlxalq turnirə start verilib. Sport24.az xəbər verir ki. Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təşkilatçılığı ilə keçirilən  turnir iki gün davam edəcək. "Baku World Open" adlanan turnirdə kişilərdən ibarət 8, qadınlardan ibarət 4 komanda yarışır. Qadınların yarışında Azərbaycan, Rusiya (iki komanda) və Ukrayna  iştirak edir. Kişilərin yarışda Azərbaycan yığması ilə yanaşı, Rusiya  (iki komanda), Finlandiya, Pakistan, Hollandiya, İran və Ukrayna  komandaları mübarizə aparıb.

    "Baku World Open" turniri beynəlxalq futvoley yarışları sırasına  daxildir. Əvvəlcə Azərbaycanın qadınlardan ibarət yığması Rusiyanın birinci  komandası ilə qarşılaşıb. Təmsilçilərimiz ilk görüşdə qalib gəliblər -  2:0.

    Turnirin açılış mərasimimdə AFNA-nın prezidenti Vüqar Xəlilov yarış iştirakçılarını və idmançıları salamlayaraq onlara uğurlar arzulayıb. Daha sonra "Baku World Open" turniri rəsmi olaraq açıq elan edilib. Yarış kişilərdən ibarət komandaların oyunları ilə davam edib. Qrup  mərhələsi çərçivəsində keçirilən matçlar sonunda Azərbaycan, Rusiya, Hollandiya və İran yarımfinala vəsiqə qazanıb. Turnirin bu mərhələsində Azərbaycan yığması Hollandiya ilə qarşılaşacaq. Rusiya komandası isə İranla üz-üzə gələcək.

    Qeyd edək ki, kişilərin yarımfinal görüşləri ilə yanaşı, bu gün qadınlardan ibarət Azərbaycan yığması Ukraynanı, Rusiyanın qadınlardan  ibarət iki kollektivi isə bir-birini sınağa çəkəcək.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10