Xəbər Lenti

    Velosiped idmanı üzrə dünya çempionatı Azərbaycanda - FOTO - VİDEOİCMAL

    DigərTarix: 2017-08-03 17:30:00
    ...

    Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) 2018-ci il dünya çempionatını Azərbaycan Velosiped İdmanı Federasiyasına etibar edib. Sport24.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Avropa Oyunlarında ölkəmizin digər növlər kimi, velosiped yarışlarını da ən yüksək səviyyədə təşkil etdiyini görən Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) 2018-ci il dünya çempionatını Azərbaycan Velosiped İdmanı Federasiyasına etibar edib və dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə yarışa hazırlıq işlərinə başlanılıb.

    2015-ci ilin əvvəlində Bakıda ən müasir tələblərə cavab verən BMX stadionu inşa edilsə də, 2016-cı ildə UCI müvafiq qaydaları və stadionların ölçülərini dəyişdiyindən Bakı stadionu yenidən qurulub, trekin uzunluğu, eni, maneələrin sayı və döngələrin hündürlüyü artırılıb. Bu gün UCI-ın yeni standartlarına tam cavab verən yeganə stadion məhz Bakı trekidir.

    Dünya çempionatında iştirak edən 2 qat Olimpiya, 6 qat dünya çempionu, kolumbiyalı Mariana Pajon gələn il böyük məmnuniyyətlə ölkəmizə səfər edəcəyini deyib: “BMX idman növünün populyarlaşmasında göstərdiyi xidmətlərə görə Azərbaycan Velosiped İdmanı Federasiyasına təşəkkürümü bildirirəm. Şadam ki, gələn il dünya çempionatı Azərbaycanda keçiriləcək və səbirsizliklə bu yarışı gözləyirəm. Artıq ölkəniz, həmçinin yarış treki ilə müəyyən qədər tanış olmuşam və əminəm ki hər şey yüksək səviyyədə olacaq”.

    BMX üzrə UCI-ın keçirdiyi və bütün ölkə nümayəndələrinin iştirak etdiyi toplantıda Azərbaycan nümayəndə heyəti geniş təqdimatla cıxış edib. Təqdimatın əvvəlində göstərilən, ölkəmizin gözəlliklərini, idmana olan dövlət qayğısını və velosiped idmanının inkişafını əks etdirən videoçarx hamının böyük marağına səbəb olub. Çempionata gələcək iştirakçıların transferi, vizaların alınma qaydaları, otellərdə yerləşdirmə və sair məsələlər də böyük razılıqla qarşılanıb. Yarışın sonunda çempionatın bayrağı estafet kimi Azərbaycan nümayəndə heyətinə təqdim edilib.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0