Xəbər Lenti

    Dünya Kubokunun İCMALI

    GüləşTarix: 2017-03-18 12:41:00
    ...

    Yunan-Roma güləşi üzrə növbəti Dünya Kuboku yarışı başa çatdı.Tarixdə səkkizinci dəfə dünyanın ən güclüləri sırasında yer alan yığmamız turnirin gümüş medallarını qazandı.

    Yarış öncəsi yığmanın nisbətən asan qrupda yer aldığı barədə söhbət açmış, bunun final üçün yaxşı fürsət olduğunu qeyd etmişdik. Gözlənilənlər özünü doğrultdu. Milli, demək olar ilk görüşdəcə, qrup liderliyi məsələsini həll etdi. Nisbətən təhlükəli görünən Türkiyə üzərindəki qələbə digər qarşılaşmaları, belə desək, formallığa çevirmişdi. Çünki nə Belarus, nə də Ukrayna bizə bab rəqib deyildi. Digər qrupda isə Qogi Koquaşvilinin "ağır artilleriya"sı ev sahiblərini üstələməklə, millimizə rəqib oldu.

    Heyətlər baxımından iki il əvvəlki dueli xatırladan Abadan finalını görüşün gedişatına görə də həmin mübarizəyə bənzətmək olar. Burda da son duelə qədər qələbənin taleyi həll edilməmişdi.

    Ayrı- ayrı çəkilər üzrə final görüşünə nəzər salaq:

    59 kiloqram çəki dərəcəsində ilk görüşdə sönük təsir bağışlayan, nəticədə türk idmançıya uduzan ikiqat olimpiya-vitse çempionu Rövşən Bayramovu əvvəlki iki və bu qarşılaşmada Taleh Məmmədov əvəzlədi. Rəqib isə "London-2012" də Rövşəndən bir pillə aşağıda dayanan Minqiyan Semyonov idi. Həmçinin son Avropa çempionatının da qalibi olan Rusiya təmsilçisi beynəlxalq yarış təcrübəsi və titullarına görə güləşçimizi xeyli üstələyirdi.

    Önbaxış üstünlüyü görüşdə də əksini tapdı. İlk dəqiqələrdən üstünlüyünü ortaya qoyan rəqib sonda böyük hesablı qələbə ilə komandasının xal hesabını açdı.

    İkinci görüşdə Nofəl Babayevin çıxışı bir qədər təəccüb doğurdu. Xeyli təcrübəli Kamran Məmmədovun deyil, yarış təcrübəsi yetərincə olmayan gənc güləşçinin həlledici qarşılaşmada iştirakı birmənalı qarşılanmadı.

    Nəticə də gözlənilən kimi oldu. I Avropa Oyunlarının qalibi Artyom Surkov təcrübəsini ortaya qoyaraq təmsilçimizə göz açmağa imkan vermədi.

    Üçüncü görüşdə xal hesabını açacağımız gözlənilirdi. Çünki görüşə yunan-Roma güləşi millimizin liderlərindən olan Rəsul Çunayev çıxırdı. Olduqca çətin qarşılaşma alınsa da, rəqiblər bir-birinə heç cür fənd işlədə bilməsə də, daha ağılla güləşən Rəsul Çunayev Abuyazid Mantsiqova iki xəbərdarlıq verdirə bildi.

    75 kq haqqında xeyli ümidsiz idik. Əvvəlki yarışlarda bir dəfə də olsun Roman Vlasovu keçə bilməyən Elvin Mürsəliyevin hesabı bərabərləşdirəcəyi inandırıcı görünmürdü. Ehtimal əksini tapsa da, 28 yaşlı təmsilçimiz ikiqat olimpiya çempionunu xeyli "tərlətdi".

    Ümunən Elvinin turnir ərzindəki görüşlərinə nəzər saldıqda, hazırlığı ilin qarşıdakı yarışlarında nəticə qazanacağını deməyə əsas verir.

    80 kq-da Koquaşvili nədənsə son dünya çempionu Ramazan Abaçarevi deyil, Adlan Akievi finala məsləhət bilmişdi. Bu görüş də müəyyən mənada 71 kq-dakının davamı idi. Nəzərəçarpacaq üstünlük müşahidə edilmədi. Yalnız son dəqiqələrdə aktiv olan Hüseynov sonuncu xal qaydası ilə yığmamızın aktivinə ikinci qələbəni yazdı.

    Hesab 2-3 olarkən döşəyə 2015-ci ildəki finalın müqəddaratını həll edən güləşçilər çıxdı. Ötən iki ildə I Avropa Oyunlarında birinci olan, olimpiya çempionluğu qazanan Davit Çakvetadze nə qədər "artırmış" təsir bağışlasa da, 20 yaşlı Abbasov bu dəfə də üstün tərəf idi. Fənd işlədilməsə də, görüş ərzində daha aktiv olan bizim güləşçi idi.

    Lakin, hakimlər fərqli qərar verdi. Sona 20 saniyə qalmış nəzərəçarpacaq passivliklə müdafiə olunmayan tərəfə xəbərdarlıq verilməsi güləş aləmində nadir rast gəlinən hadisədi. Bu, zala toplaşan iranlı azarkeşlərin də qəzəbinə tuş gəldi.

    Ruslara bağışlanan bu qələbədən sonra vəziyyəti dəyişmək üçün Orxan Nuriyev və Sabah Şəriətinin uduzmaması, birinin isə"tuşe" ilə qalib gəlməsi lazım idi. Əvvəlki yarışlarda nəzərəçarpacaq nəticə qazanmayan Nuriyev önbaxış nöqteyi-nəzərindən inamsız təsir bağışlayır, Şəriətinin "Rio 2016"-da fəxri kürsüdə birgə dayandığı Sergey Semyonovun kürəyini yerə vuracağı çətin görünürdü.

    Yekun nəticədə 3-5 hesabı ilə məğlub olduq. Amma Nuriyev gözlənilənlərin əksinə, görüşdən qələbə ilə ayrıldı. Şəriəti isə bərabər keçən dueldə son xal qaydası ilə uduzdu.

    Yığmanın son çəki xaric, yerli atletlərlə çıxış etdiyini, finalda güclü Rusiya millisinə qarşı layiqincə mübarizə apardığını nəzərə almaqla, nəticəni Azərbaycan güləş tarixinin növbəti uğuru kimi təqdim etmək olar. 

    Sahib ƏSƏDBƏYLİ

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Səbail 2 1 0 1 2-2 3
Kəpəz 1 0 0 1 1-2 0
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10