Xəbər Lenti

    Bakı ilə məhdudlaşan futzal çempionatımız: Bölgələri necə cəlb edək? - LAYİHƏ

    LayihəTarix: 2017-07-27 20:59:00
    ...

    Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "Futzal: mövcud durum və perspektiv üfüqləri" istiqamətində "Azərbaycan futzalı: Kölgəyə çəkilən "kişik qardaş" adlı layihəsində silsilə yazılarına start verib. İlk yazı çempionatında yalnız Bakıda məskunlaşan klubların iştirak etməsinin səbəbləri və bölgələrin ölkə birinciliyinə cəlb olunması yolları mövzusundadı. 

    Futzal və ya mini futbol. Uşaqlıq, yeniyetmə, gənclik illərində məhəllələrdə bu oyuna meyl salmayan az adam tapmaq olar. Söhbət əlbəttə ki, qadınlardan getmir. İllər ötdükcə məhəllə futbolu tarixin yaddaşına kşçməyə başlasa da, süni örtüklü meydançalarda, zallarda mini futbol yaşamaqda günümüzdə də davam edir.

    Paytaxtımızda bu idman növünə maraq, sevgi daim olub. Məhlə-məhləyə qarşılaşmalarda hər dirəyi 2 daşın əvəz etdiyi qapılardan top keçirmək isə uşaqlığımızın ən müqəddəs arzularından olub...

     

    60 faizlik bölgə!

    Sovetlər dönəmində mini futbol üzrə rəsmi çempionatlar keçirilməsə də, müstəqilliyin ilk illərindən etibarən bu boşluq aradan qaldırıldı. 1993-cü ildə ilk Azərbaycan çempionatı baş tutdu. Həmin mövsüm turnir qısa formatda keçirildi. Bunun da obyektiv səbəbləri olub. Zal qıtlığı, iqtisadi durum, ölkənin müharibə vəziyyətində olması, qeyri-sabitlik – bütün bunlar çempionata öz təsirini göstərib. On komandanın iştirak etdiyi çempionatın ilk mərhələsi 3 qrupda keçirilib. Daha sonra final mərhələsini müəyyənləşdirən 4 komanda dairəvi sistemlə oynayıb və ilk çempionatın qalibi paytaxtın “Nicat” komandası olub. Ancaq bir məqam daha maraqlı görünür. Çempionat iştirakçılarının 60 faizini bölgə komandaları təşkil edirdi. Füzuli, Salyan, Neftçala, Yevlax, Sabirabad və Zaqatala təmsilçiləri ilə yanaşı 4 paytaxt komandası qızıl medallar uğrunda mübarizə aparıb. Bölgə təmsilçiləri arasında ən yaxşı göstəricini Yevlaxın “Avtomobilçi” kollektivi göstərib ki, onlar da 4-cü yerlə kifayətləniblər. Bakının eyniadlı komandası 2-ci, paytaxtın digər təmslçisi “İnşaatçı” isə 3-cü yerə sahib çıxıb.

    İllər ötdükcə bölgələrin futzal çempionatına marağı azalmağa başladı. Doğrudu, hazırda da çempionatda rəsmən bölgəni təmsil edən komanda var – Naxçıvanın “Araz” klubu. Ancaq bu, yalnız kağız üzərindədi. Paytaxtda məskunlaşan komandanın əksər üzvləri Naxçıvanı ancaq xəritə və televizorda görüblər.

     

    “Sonuncu mogikan”

    Sonuncu dəfə əsl bölgə təmsilçisi isə 2003/04 mövsümündə ölkə çempionatında qüvvəsini sınayıb. Söhbət Gəncənin eyniadlı komandasından gedir. Nizami yurdunun komandasının bir neçə oyununu canlı izləmək bəndənizə də nəsib olub: həm paytaxtda, həm də Gəncədə. Həmin mövsüm çempionatda 6 klub iştirak edirdi. Çempionat 4 dövrədən ibarət idi və ardıcıl 2 gün olmaqla rəqiblər cüt oyunlar keçirirdi. Həmin mövsümü “Gəncə” sonadək başa vurmadı. Sona 3 tur qalmış (6 oyun) komanda fəaliyyətini dayandırdı. Ancaq “sonuncu mogikan” barədə daha geniş bilgi verməyə zərurət var. 20 turu əhatə edən çempionatda gəncəlilər 5-ci pilləyə sahib çıxdılar. Komanda “Nicat” və “Ümid”lə oyunlarda qələbə sevinci dadmaqla yanaşı, güclü “Qafqaz Universiteti”ndən də xal almağı bacarmışdı. Ən möhtəşəm görüşlər isə həmin mövsüm çempionluğu bayram etmiş “Turan AİR”ə qarşı baş tutdu. Gəncə Olimpiya Kompleksinin zalında keçirilən matçda tribunalarda “iynə atsan yerə düşməzdi”. Bu cür fantastik atmosferdə keçən oyun 4:3 hesabı ilə “təyyarəçilər”in xeyrinə başa çatdı. İkinci qarşılaşamada isə gəncəlilərin fiziki durumunun daha aşağı olması özünü büruzə verdi və qonaqlar bu dəfə 5:3 qalib gəldilər.

    “Gəncə”nin ən sərrast oyunçusu adına isə Həsən Abdullayev layiq görüldü. İki dəfə “Kəpəz”in heyətində futbol üzrə ölkə çempionluğunu bayram etmiş, bombardirlik keyfiyyətləri ilə seçilən təcrübəli forvard futzal səhnəsində də itib-batmadı və 17 qola imza atdı.

     

    İqtisadiyyatın gətirdiyi uçurum

    Təəssüf ki, günümüzdə futzal səhnəsində ancaq paytaxtda “lövbər salan” kollektivləri görürük. “Araz”ın şəriksiz hegemonluğu şəraitində keçən çempionatlarımızda əvvəlki rəqabət hiss olunmur. Bu azmış kimi, indi bölgələrdə də futzal unudulub. Niyə? Bu cür acınacaqlı vəziyyətin yaranmasına səbəb nədir? Obyektiv səbəblər nədi, subyektiv səbəblər hansı? Bəlkə biganəlik var? Gəlin birlikdə araşdıraq.

    Futzala (mini futbola) sevgi paytaxtda da olub, bölgələrdə də. Ancaq insan resursunun paytaxta daşınması, ölkə iqtisadiyyatının bölgələrə müsbət təsir etməməsi nəticəsində yeniyetmə və gənclərin mini futbol əyləncəsinə vaxt tapmamalarını şərtləndirib. Əgər əvvəllər rayonlarda irili-xırdalı onlarla komanda tapmaq mümkün idisə, indi bu idman növünə stabil şəkildə mütamadi maraq göstərənlərin sayı dəfələrlə azalıb. Ailəsini dolandırmaq üçün eyni zamanda bir neçə işin qulpundan yapışan sıravi azərbaycanlının (bu sıralamaya rüşvətxor azərbaycanlılar daxil deyil – müəl.) axşam saatlarında futbol oynamaq üçün taqəti qalmır. Üstəlik zal tapmaq və icarə haqqını ödəmək də müşkül məsələdi. Gününə 5-7 manat qazanan rayon sakininin zala görə icarə haqqı ödəməsi qeyri-mümkündü.

     

    Obyektiv səbəblər olsa da...

    Bəs, məsələ məmur səviyyəsində həllini tapa bilərmi? İlk çətinlik zalla bağlıdı. Ancaq dövlət başçısı İlham Əliyevin ölkə büdcəsindən ayırdığı vəsait hesabına ucaldılmış Olimpiya İdman Komplekslərindən futzal üçün hər cür şərait var. Ümumilikdə bu cür komplekslərin sayı 37-yə bərabərdi! Astara, Ağdam, Ağdaş, Balakən, Biləsuvar, Bərdə, Cəlilabad, Füzuli, Göygöl, Göyçay, Gəncə, Kürdəmir, Lənkəran, Masallı, Naxçıvan, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Salyan, Sumqayıt, Tovuz, Xaçmaz, Zaqatala, İmişli, İsmayıllı, Şağan, Şirvan, Şəki, Şəmkir kimi rayon və şəhərlərimizdə meydança problemi de-fakto ölkə prezidenti tərəfindən həll edilib.

    Bu sıralamada müəyyən “təmizləmə” işləri aparmaq da olar. Deyək ki, Gəncə, Qəbələ, Sumqayıt Topaz Premyer Liqasında təmsil olunublar. Naxçıvandan gedib-gəlmək isə doğrudan da baha başa gəlir. Bəs, digər bölgələrə nə düşüb? Niyə elə həmin Ağdamda futzal komandası yaradılmasın. “Qarabağ” məlum səbəblərdən Ağdamda məskunlaşmır, amma yerli gənclərdən ibarət futzal komandasını yaratmaq Ağdamın İcra Hakimiyyəti üçün o qədərmi mümkünsüz məsələdi?

    Bölgələrdə qazanılan pullar hər kəsə bəllidi. Orta hesabla hər oyunçuya 300 manat məvacib verilsə, yaradılan klubun maaş büdcəsi nə qədər təşkil edəcək? Baş məşqçi, həkim, inzibatçı və futzalçı heyətinə ayda 5-6 manat vəsait tələb olunacaq. Bundan başqa hansı xərclər nəzərdə tutulmalıdı? Səfər oyunları üçün nəqliyyat, gecələmək və yemək xərcləri. Komanda üçün avtobus və yanacaq ayırmaq üçün əlavə xərcə ehtiyac duyulmayacaq. İcra Hakimiyyətinin balansındakı avtobuslardan birini komandaya təkim etməklə sürücüyə də əlavə maaş verməyə zərurət olmayacaq. Ayda təqribən daha 1000 manat da yuxarıda qeyd olunan məsələlərin həllinə tələb olunacaq. Deməli, Olimpiya İdman Kompleksləri olan bölgələrdə futzal klubunu saxlamaq üçün ayda təqribən 6500 manata ehtiyac var.

    Ancaq bölgə klubunun mühasibatlığının “kredit” bölməsinə bu cür həssas yanaşdıqsa, gəlin “debet” tərəfini də təhlil edək. Sadə dillə desək, “xərc” bölməsindən sonra “gəlir” tərəfinə də baş vuraq. Hazırda futbol üzrə Həvəskarlar Liqasında mübarizə aparan Ağdaş və Göyçayın komandalarının ev oyunlarına 5000 insan gəlir. Belədə, ortaya ritorik sual çıxır: Həvəskarlar Liqasındakı matça 5000 insan gəlirsə, 500 nəfərlik auditoriyanı yığmaq realdımı? Deməli, biletin qiymətini 2 manatdan etməklə və ayda iki oyun keçirməklə ancaq bilet satışından 2 min manat əldə etmək olar. Lakin bununla da iş bitmir. Rəqiblər elə həmin Ağdaşa, Göyçaya və ya başqa şəhərə gəldikdə, gecələməlidirlər. Olimpiya Komplekslərində də buna uyğun şərait var. Ayda 1000 manata yaxın gəlir də rəqib komandaların yerləşdirilməsindən əldə olunacaq ki, ümumilikdə “gəlir” qrafasında 3000 manat əks olunacaq.

     

    3500 manata başa gələn imic

    Ortaya növbəti sual çıxır: ayda 3500 manat pul xərcləməklə güclülər dəstəsində komanda saxlamaq icra başçıları üçün çoxmu ağır bir işdi? Ancaq bu xərcin qarşılığı olduqca yüksəkdi. Həmin icra başçısı rayon əhalisi arasında görün necə imic qazanacaq! Təqribən 20 ailəyə çörək verən İH rəhbəri, minlərlə insanın sevimlisinə çevriləcək. Düşünməyin ki, vəzifəyə təyin edib-çıxarmaq ölkə prezidentinin səlahiyyətindədirsə, heç kim yerli əhalinin fikri ilə maraqlanmır. Dəfələrlə məhz qara kütlənin narazılığı isti kresloların boşalması ilə nəticələnib. Deməli, yerli insanların hörmətini qazanmaq İH-nın ümdə vəzifəsi olmalıdı. Ən azından yerini möhkəmləndirmək baxımından. Bunun da aylıq dəyəri cəmi 3500 manat.

    CEYHUN ƏLİYEV

    Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib

     

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 5 4 1 0 11-4 13
Qarabağ 4 4 0 0 8-2 12
Qəbələ 5 3 1 1 8-5 10
Inter 5 2 1 2 6-6 7
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 4 1 0 3 3-6 3
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 5 0 1 4 3-10 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10