Xəbər Lenti

    Heydər Əliyev Mərkəzində voleybol festivalı keçiriləcək

    VoleybolTarix: 2017-07-26 17:16:00
    ...

    İyulun 28-də saat 18:00-da Heydər Əliyev Mərkəzində 2017-ci ildə ölkəmizdə keçiriləcək voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinə həsr olunmuş voleybol festivalı keçiriləcək. Sport24.az xəbər verir ki, festival  açıq havada təşkil olunacaq. 

    Tədbirdə orta məktəb şagirdləri  iştirak edəcək. Həmin uşaqlar yanvar ayında ölkəmizdə keçirilən orta məktəbin idman müəllimləri üçün təşkil olunan  seminarda iştirak edən müəllimlərin tələbələridi.

    Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının nəznində olan Voleybol İnkişaf Mərkəzi tərəfindən keçirilən bu festival  4 mərhələdən ibarətdi. İlk mərhələ aprel ayında Bakı şəhərində Xətai İdman Məktəbində, ikinci mərhələ - Şəki və Gəncə şəhərlərində keçirilib. Heydər Əliyev Mərkəzində keçiriləcək festival III mərhələdi. IV mərhələ isə sentyabr ayında Avropa çempionatının başlanmasına yaxın  keçiriləcək.  

    Festivalda Voleybol üzrə qadınlardan ibarət Milli komandamızın  və çimərlik voleybolunun oyunçuları  iştirak edəcəkdir.

    H.Əliyev Mərkəzində keçiriləcək festivalda 3 ədəd voleybol toru qurulacaq. İştirakçılar ilk olaraq AVF nümayəndələri tərəfindən voleybol qaydalarından, voleybolun tarixindən, ölkəmizdə keçirilən və keçiriləcək yarışlar haqqında  məlumatlandırılacaqlar. Daha sonra iştirakçılar milli komandamızın oyunçuları və çimərlik voleybolçuları  ilə yaxından tanış olacaqlar.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0