Xəbər Lenti

    İki il əvvəlki finalın təkrarı - QEYD

    GüləşTarix: 2017-03-17 17:10:53
    ...

    Bu gün saat 18-30-da yunan- Roma güləşi üzrə Dünya Kubokunun final görüşü start götürəcək. Sayca 35-ci belə turnirdə yığmamız ikinci dəfə final həyəcanı yaşayacaq. Buna qədər bir dəfə - 2015-ci ildə həlledici mərhələyə yüksəlmiş "klassik"lərimiz, fürsətdən maksimum istifadə etmişdi. Həmin finalda da, indi olduğu kimi, rəqib Rusiya millisi idi. Yekun hesab 4-4 olsa da, texniki xallara görə qalib elan edilmişdik. 

    2015-ci ildəki sözügedən turnirdə də Rusiya yığması güclü heyətlə təmsil olunmuşdu. Heyətlərə nəzər salanda, əsasən həmin finalın iştirakçılarının bu ilki finalda da təmsil olunacağını görürük. Bizdə yalnız 59 kiloqramda Elman Muxtarov yoxdu. Həsən Əliyev isə 66-da deyil, 71-də yer alır. Əvəzində yığmanın baş məşqçi əvəzi Akif Əliyev 59 kq-da, finalda çıxış etməsə də, 2015-dəki turnirin iştirakçısı olmuş Rövşən Bayramov və Taleh Məmmədova, 66-da isə Nofəl Babayevlə Kamran Məmmədova güvənib. Eləcə də rusların baş məşqçisi Qogi Koquaşvili ən yüngül çəkidə dəyişiklib edib. Ötən yarışda Zaur Kabolayev döşək üzərində idisə, bu günkü finalda Minqiyan Semyonovla Stepanyandan biri mübarizə aparacaq. Bizdən fərqli, Rusiya millisində iki çəki dəyişikliyi var ki, biri Çingiz Labazanov, digəri isə Yevgeni Saleyevin adı ilə bağlıdı. Hazırda 75 və 85 kq-da mübarizə aparan pəhləvanlar müvafiq olaraq 71 və 80 kq-da təmsilçilərimizə rəqib olmuşdu. Bu günkü finalda isə  Abuyazid Mantsiqov və ya Yuri Denisov 71, Ramazan Abaçarev və ya Adlan Akiev isə 80 kq-da güləşçilərimizlə qurşaq tutacaq.

    Dəyişən bir məqam da idmançıların titullarıdı. Bu baxımdan ən çox diqqət çəkən isə Davit Çakvetadzedi. 2 il əvvəl İslam Abbasovun üzərində "tuşe" ilə qalib gələrək, həlledici nəticəyə imza atdığı bu güləşçi 2016-cı ildə olimpiya çempionu adını qazanıb.

     Göründüyü kimi, bu finalı müəyyən mənada 2015-ci ildəki mübarizənin təkrarı da adlandırmaq olar. 

    Sahib ƏSƏDBƏYLİ

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10