Xəbər Lenti

    "Qəbələ" cüdoçuları Çexiyada 6 medal qazandı

    CüdoTarix: 2017-07-23 09:57:00
    ...

    “Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçuları Çexiyada keçirilən gənclər arasında Avropa kubokunda iştirak edib. Sport24.az xəbər verir ki, Praqada baş tutan yarışda klubumuzun üzvləri 6 medala yiyələnib.

    55 kq çəki dərəcəsində çıxış edən Rəşxan Baxşəliyev bütün rəqiblərinə qalib gəlib. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan cüdoçumuz qızıl medal uğrunda qarşılaşmada digər təmsilçimiz Rövşən Əliyevə qalib gəlib. Finaladək Baxşəliyev macarıstanlı David Naji, avstraliyalı Brayan Coli, ispaniyalı Fransisko Mesa Qarsiaya qalib gəlib. Rövşən isə çexiyalı Voytek Şeybal, portuqliyalı Felipe Kruz və yığmadakı komanda yoldaşı Balabəy Ağayevi mübarizədən kənarlaşdırıb. 

    Rövşən kimi daha iki idmançımız yarışı 2-ci pillədə başa vurub. Kəramət Hüseynov (60 kq) və Hasil Cəfərov (73 kq) yalnız finalda uduzaraq, gümüş medalla kifayətlənib. Kəramət slovakiyalı Tim Pahor, çexiyalı David Vopat və portuqaliyalı Fransisko Mendesə qalib gəlsə də, millimizin üzvü Əhməd Yusifova uduzub. Hasil isə polşalı Pavel Kurika, avstriyalı Voytseh Kanik, böyük britaniyalı Daniel Pauell, macarıstanlı Andras Matiç, digər avstriyalı Matias Çişekdən güclü olub. O, yalnız moldovalı Kornel Andriesə uduzub.

    66 kq çəki dərəcəsində çıxış edən İsmayıl İbrahimovla Yaqub Cavadov da turniri mükafatla başa vurub. Onların hər ikisi bürünc medala layiq görülüb. İbrahimov macarıstanlı Zoltan Simonşik, finlandiyalı Henri Maatta üzərində qələbələrdən sonra ispaniyalı Salvador Roça Kasasa uduzub. Təsəlliverici görüşlərdə isə idmançımız hollandiyalı Yori van Opstal, komanda yoldaşı İbrahim Əliyev və holland Ouen Korziliusa qalib gəlib. Cavadov macarıstanlı Mark Çse, bolqarıstanlı Denislav İvanov, polşalı Patrik Kastneri məğlub edib də Ouen Korziliusa uduzub. Təsəlliverici döyüşlərdə isə idmançımız finlandiyalı Valtteri Olin, almaniyalı Bernd Aleksandar Qabler və monteneqrolu Yusuf Nurkoviçə qalib gəlib. 

    Beləliklə, “Qəbələ”nin cüdoçuları Praqada 1 qızıl, 3 gümüş və 2 bürünc medala yiyələnib.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10