Xəbər Lenti

    Braziliyalı baş məşqçi: "Azərbaycan millisi bizim yığmayla eyni gücdədi"

    VoleybolTarix: 2017-07-21 17:00:00
    ...

    16-26 iyul 2017-ci il tarixlərində Qətərin kişi voleybolu üzrə gənclərdən ibarət milli komandası paytaxtımızda təlim-məşq toplantısı keçirəcək. Sport24.az xəbər verir ki, təlim-məşqlər zamanı qətərlilər Azərbaycanın gənclərdən ibarət milli komandası ilə yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.

    Qətərin gənc və yeniyetmələrdən ibarət milli komandasının baş məşqçisi olan brazilyalı mütəxəssis Percy Oncken Bakı səfəri haqqında danışıb: “Mən ilk dəfədir ki, Azərbaycandayam. Bakını təlim-məşq toplantısı və yoldaşlıq görüşü üçün seçməyimizi komandamızın meneceri tövsiyyə etdi. İslam oyunları zamanı o, Bakıda olmuşdu və çox bəyənmişdi. Düzünü desək, mən də Bakını və bu bazanı çox bəyənirəm. Burda idmançılar üçün hər cür şərait var. Bu gün üçün deyə bilərəm ki, Azərbaycanın gənclərdən ibarət yığma komandası bizim komandayla eyni gücdədi. Biz bunu yoldaşlıq görüşlərində daha aydın görürük. Gələn mövsüm Azərbaycan milli komandasını Qətər Əmirliyinə dəvət etməyidə düşünürük. Bu cür yoldaşlıq görüşləri idmançılarımıza çox faydalıdır. Azərbaycan, 2017-ci ildə voleybol üzrə qadınlar arasında keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək. Baxmayaraq ki, mən kişi komandaları ilə işləmişəm, amma bir voleybol ailəsinin üzvü kimi qadın voleybolunu da yaxından izləyirəm. Azərbaycanın qadınlardan ibarət millisi Avropada, dünyada tanınmış və güclü komandalar siyahısındadı. İnanıram ki, sizin komandanız bu çempionatda uğurlu çıxış edəcəkdi”.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0