Xəbər Lenti

    Azərbaycan millisi dünya çempionatının hazırlığına başlayıb

    BoksTarix: 2017-07-18 19:50:00
    ...

    Kişi boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib. Sport24.az xəbər verir ki, Avropa çempionatından sonra istirahətdə olan komandamız Bakıda bir araya gəlib.

    Avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində baş tutacaq dünya çempionatına hesablanan hazırlığın ilk mərhələsi iyulun 23-də başa çatacaq. Boks Mərkəzində təşkil olunan ilkin mərhələdə əsasən fiziki məşqlərə üstünlük veriləcək.

    Təlim-məşq toplanışına 5-i mundiala qatılacaq boksçu olmaqla 10 idmançı cəlb edilib.

    Qeyd edək ki, dünya çempionatında yığmamızın şərəfini Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaq.  

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 1 1 0 0 3-1 3
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Kəpəz 1 0 0 1 1-2 0
Səbail 1 0 0 1 1-2 0
İnter 1 0 0 1 1-2 0
Neftçi 1 0 0 1 1-3 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10