Xəbər Lenti

    "Bursaspor"un fransalı baş məşqçisi: "Dəniz Yılmaz bizim üçün fayda ola biləcək futbolçudu"

    FutbolTarix: 2017-07-17 16:25:00
    ...

    Türkiyənin “Bursaspor” klubunun rəhbərliyinin bağışladığı Azərbaycan millisinin futbolçusu Dəniz Yılmaz Avstriyada təlim-məşq toplanışında olan əsas komandanın məşqinə qatılıb. Sport24.az xəbər verir ki, hücumçu baş məşqçi Pol Le Quenlə birgə brifinqdə iştirak edib. 

    Fransalı mütəxəssis bildirib ki, Yılmazı komandaya fayda verəcəyini düşündükləri üçün bu addımı atıblar: “Dəniz bizim üçün faydalı ola biləcək oyunçudu. Əvvəlcə, klubla onun arasındakı problemin həll edilməsinin çətin olduğunu söyləmişdim. Lakin artıq hər şey keçmişdə qaldı. Klubun maraqları hər şeydən üstündü. Dəniz komanda ilə birgə məşqə çıxacaq. Əminəm ki, o da keçmişdə olanları unudaraq, komandaya fayda vermək üçün əlindən gələni edəcək. Dənizin komandaya qatılmasını istədim. “Bursaspor”un maraqları üçün doğru bir qərar olduğuna ümid edirəm. Yılmaza uğurlu mövsüm arzulayıram".

    Millimizin üzvü yenidən azarkeşlərin sevgisini qazanmaq üçün əlindən gələni edəcəyini bildirib: "Keçmişdə qalmağın heç kimə fayda verməyəcəyini düşündüm. Bu forma üçün savaşmaq istədim və baş məşqçimiz mənə bu şansı verdi. Bəli, hamı kimi mənim də səhvlərim oldu. Mənə qarşı edilən səhvlər də oldu. Amma əsas məsələ bir-birimizi anlamaqdır. Mən azarkeşlərimizi başa düşürəm. Xoşagəlməz olayların ardından mənə anlayış göstərmələrini gözləyirəm. Baş məşqçi və komanda yoldaşlarıma təşəkkür edirəm. Geriyə dönüş hekayəsinin qapısını onlar açdılar və o qapıdan girdiyim andan yeganə düşüncəm azarkeşlərimizi məmnun etmək və qısa müddətli ayrılıqdan sonra yenidən onların könlünü qazanmaqdı”.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 6 4 1 1 10-6 13
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 6 2 1 3 6-10 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 6 0 1 5 3-9 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10