Xəbər Lenti

    Pavel Paşayev "Zirə"nin potensial rəqibinə keçdi

    FutbolTarix: 2017-07-17 16:07:00
    ...

    Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayevin yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, 29 yalı müdafiəçi Ukrayna Premyer Liqasının təsmilçisi "Aleksandriya"ya keçib.

    Bu haqda sportarena.com saytı məlumat yayıb. Tərəflər bu gün müqavilə imzalayıb. Ancaq onun detalları açıqlanmır. Transfer yaxın vaxtda rəsmən elan ediləcək.

    Məlum olduğu kimi, "Aleksandriya" "Zirə"nin Avropa Liqasının II təsnifat mərhələsində potensial rəqibidi. Bunun reallaşması üçün zirəlilər Rumıniyanın "Astra" klubunu keçməlidi. O zaman Paşayev yenidən Bakıya gələcək və tanış rəqiblə qarşılaşacaq. Futbolçu 2015/16 mövsümünü ikinci yarısında "Qəbələ"də çıxış edəndə "Zirə"yə rəqib olub. 

    Xatırladaq ki, Pavel iyulun 2-də Ukraynanın digər Premyer Liqa təmsilçisi "Stal"la müqvailəsini pozub. O, ötən mövsümdə bu komandada 29 oyun keçirib və 1 məhsuldar ötürmə verib. Ukraynalı həmkarlarımızın yazdığına görə, Paşayev Vladimir Şaranın baş məşqçisi olduğu komandada əsas heyətə düşmək uğrunda Sergey Çebotayevlə mübarizə aparacaq. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 6 4 1 1 10-6 13
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 6 2 1 3 6-10 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 6 0 1 5 3-9 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10