Xəbər Lenti

    "Yagelloniya"nın baş məşqçisi: "Bütün bunları nəzərə alsaq, “Qəbələ” ilə oyun çətin keçəcək”

    FutbolTarix: 2017-07-17 14:01:00
    ...

    “Bizim üçün çox çətin oyun oldu. Azərbaycandan qayıtdıqdan sonra hazırlıq üçün vaxtımız olmadı. Futbolçularda yorğunluq hiss olunurdu". Sport24.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin Avropa Liqasının II təsnifat mərhələsində rəqibi olan Polşanın "Yagelloniya" klubunun baş məşqçisi İreniuş Mamrot bildirib. Çempionatda yeni mövsümə səfərdə “Termalikan”a qalib gəldikləri oyunla (1:0) başlayan komandada yaranan yorğunluq çalışdırıcını narahat edir: “Qəbələ” ilə çətin səfər matçından cəmi iki gün sonra yenidən meydanda olduq. Buna baxmayaraq qalib gələ bildik. Üç gündən bir oyun keçiririk. Bu da öz təsirini göstərir”.

    Mamrot oyunlar arasında fasilənin az olmasının komandası üçün çətinlik yaradacağından ehtiyatlanır: “Qısa zaman kəsiyində eyni heyətlə mübarizə aparmaq çox çətindi. Təəssüf ki, zədəli futbolçularımız da var. Onlar sıraya dönsə, işimiz asanlaşacaq. Ancaq bizə qoşulmaları üçün müəyyən vaxta ehtiyac var. Bütün bunları nəzərə alsaq, “Qəbələ” ilə oyun çətin keçəcək”. 

    Qeyd edək ki, “Yagelloniya” Bakıda “Qəbələ” ilə 1:1 hesablı heç-heçə edib. Cavab qarşılaşması iyulun 20-də keçiriləcək.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 5 4 1 0 11-4 13
Qarabağ 4 4 0 0 8-2 12
Qəbələ 5 3 1 1 8-5 10
Inter 5 2 1 2 6-6 7
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 4 1 0 3 3-6 3
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 5 0 1 4 3-10 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10