Xəbər Lenti

    "Astra"nın futbolçusu Sport24.az-a "Zirə"nin səfər qolunun təhlükəsindən danışdı: "Həmin o qol rəqibin köməyinə çata bilər"

    FutbolTarix: 2017-07-17 13:00:00
    ...

    "Zirə" avrokuboklarda ilk məğlubiyyətini Rumıniyada alıb. Avropa Liqasının II təsnifat mərhələsində "Astar" ilə səfər oyunu təmsilçimiz 1:3 hesablı məğlubiyyəti ilə nəticələnib. Zirəlilər iyulun 20-də "DaLğA Arena"da keçiriləcək cavab oyununda mərhələ kemək vəzifəsinin öhdəsindən gəlməyə çalışacaq. "Astra"nın müdafiəçisi Klaudiu Belu-Yordaçe Sport24.az-a müsahibəsində həm 90 dəqiqə oynadığı ilk matç haqda danışdı, həm də Bakıdakı qarşıdakı görüşdə şansları dəyərləndirdi. 

    - İlk oyundakı qələbə haqqında nə deyə bilərsən?

    - Bizim üçün çox önəmli oyun idi. Çünki mövsümün ilk oyunu idi. Bütün baş verənlərdən sonra qalibiyyət lazım idi.

    - 3:1 hesabını nə dərəcədə qənaətbəxş sayırsan?

    - Əslində 3 qol vurduğumuza görə sevinməliyik. Amma "Zirə" qapımızdan bir top keçirib. Bu təhlükəlidir. Həmin o qol rəqibin köməyinə çata bilər.

    - "Zirə" avrokuboklarda debüt edir. Siz isə son iki ildə qitə turnirlərində uğurlu çıxış edirsiz. Azərbaycan klubuna uduzmaq faciə olmayacaq?

    - Azərbaycan klubu aqressiv futbol oynayır. Evdə bundan ikiqat güclü çıxış edəcəklər. Heyətlərində çox güclü futbolçular var. Bir də əks-hücumlarda olduqca təhlükəlidirlər.

    - Hansı futbolçulardan çəkinirsiz?

    - Kevins Belford, David Manqa çox təhlükəlidirlər. Onların qarşısını almaq asan deyil. Səhv etmirəmsə, bu futbolçular yeni transferlərdir. Amma çox yaxşı adaptasiya olublar.

    - Bakıda sizə mərhələ adlamaq üçün nə lazımdır?

    - Oyuna motivasiya olub, rəqibin hücumlarının qarşısını almalıyıq. Çünki onlar bir qol vursalar, çətin olacaq. Müdafiədə etibarlı olmalıyıq.

    - Son mövsüm başa çatdıqda komandanızdan bir çox futbolçular getdi. Bu sizə təsir etmir?

    - Düzdür, çox oyunçular getdi. Onları itirmək çətindir. Amma indi bir ailə olmalıyıq və işimizin öhdəsidən gəlməliyik. Birlikdə hər şey edə bilərik.

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0