Xəbər Lenti

    “Vətən” "Çelsi"nin qalibi olduğu turnirdən üzüağ döndü - FOTOLAR

    FutbolTarix: 2017-07-16 12:27:00
    ...

    “Vətən” RİOEUG Futbol Məktəbinin U10 komandası 16-19 iyun tarixində Avstriyanın paytaxtı Vyanada keçirilmiş dünyanın ən böyük futbol yarışı - “Champions trophy 2017” beynəlxalq futbol turnirinin final mərhələsində  iştirak edib. Sport24.az xəbər verir ki, 10 yaşlı futbolçulardan təşkil olunmuş və ilkin mərhələlərdə 1000-dən çox komandanın qatıldığı turnirin final mərhələsində 128 komanda qalib adı uğrunda mübarizə aparıb. İştirakçılar hər birində 8 komanda olmaqla 16 qrupa bölünüblər.

    A qrupunda yer alan  “Vətən” keçirdiyi 7 oyunda 10 xal toplayaraq mübarizəni qruplarında 3 və 4-cü yeri tutmuş komandalar arasında davam etdirib. Komandamız qrup mərhələsində  Avstriyanın "Innsbruk Vest" (3:0) və "Brunn" (8:1) komandalarına, həmçinin, Çexiya təmsilçisi "Slovaçko"ya (4:1) qalib gəlib. Serbiyanın "Tutin" (1:2), Avstriyanın "Stadlau" (2:3) və Madridin "Atletiko" (0:1) komandalarına məğlub olan "Vətən" yeganə heç-heçəni Sloveniyanın "Lyublyana" komandası ilə edib – 1:1.

    Bundan sonra "Vətən" 4 komandadan ibarət  8 qrupda mübarizəni davam etdirib. 2-ci qrupda yer alan 10 yaşlılarımız LASK-a (Avstriya) qalib gəlib – 3:0. Bosniya və Hersoqovinanın "Sarayevo" və Avstriyanın "Vaenerberq 1921" komandaları ilə oyunlarda isə hesab açılmayıb.

    Beləliklə, "Vətən" 3 komandanın 5 xal topladığı 2-ci qrupda 3-cü yeri tutub.

    Turnirin 3-cü yekun mərhələsi hər qrupda 3-cü yeri tutmuş komandalar (8 komanda) arasında olimpiya sistemi əsasında davam etdirilib. Bu mərhələdə “Vətən” sona qədər irəliləyərək 3-cü yerlər arasında ən yaxşı nəticəni göstərib. Komandamız 1/4 finalda "Maribor"u (Sloveniya) (1:1, pen. 6:5), yarımfinalda isə "Kid Tampa Braşov"u (Rumıniya) (1:1, pen. 6:5) mübarizədən kənarlaşdırıb. Finalda isə Xorvatiyanın "Ponikve"sinə heç bir şans verməyib – 3:0.

    “Champions trophy 2017”də komandamız  ümumilikdə 8 ölkədən 13 komanda ilə qarşılaşıb. Turnirin qalibi “Çelsi” (İngiltərə) olub. “Benfica” (Portuqaliya) gümüş, “Juventus” (İtaliya) isə bürünc medalları qazanıb.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0