Xəbər Lenti

    Zaur Svanadze: "Futbolçularımıza istirahət lazım idi"

    FutbolTarix: 2017-07-15 17:42:00
    ...

    "İnter" Avropa Liqasının II təsnifat mərhələsində Lüksemburqun "Fola" klubi ilə cavab matçına hazırlığa bu gün başlayır. Bu haqfa Sport24.az-a məlumat verən komandanın baş məşqçisi Zaur Svanadze məşq prosesinin "Dalğa Arena"da nəzərdə tutulduğunu bildirib: "Fola" ilə oyundan komandaya 2  gün istirahət verdik. Son vaxtlar sıxr qrafikdə çalışdığımızdan futbolçular yorulublar. Buna görə onların dincəlməsinə imkan yaratdıq. İylunun 17-dək Bakıda hazırlıq keçəcəyik. İyulun 18-də gecə saat 2-də Bakı - İstanbul - Lüksemburq hava reysilə səfərə çıxacağıq. Son 2 məşqimiz matçın keçiriləcəyi şəhərdə olacaq".

    Gürcü mütəxəssis iyulun 20-də keçiriləcək səfər matçında start heyətində dəyişikliklə bağlı indidən bir söz deyə bilməyəcəyini söyləyib: "Bu haqda indidən danışmaq tezdi. Hər şey hazırlığın gedişi, futbolçuların son durumundan asılı olacaq. Kim daha yaxşı vəziyyətdə olacaqsa, o da ilk dəqiqələrdən meydanda olacaq".

    Xatırladaq ki, "İnter"in "Dalğa Arena"da 1:0 hesablı qələbə qazandığı oyunda qələbə topunun müəllifi sonradan meydana çıxan yarımmüdafiəçi Mirhüseyn Seyidov olub.

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 5 4 1 0 11-4 13
Qarabağ 4 4 0 0 8-2 12
Qəbələ 5 3 1 1 8-5 10
Inter 5 2 1 2 6-6 7
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 4 1 0 3 3-6 3
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 5 0 1 4 3-10 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10