Xəbər Lenti

    Dərəlioğlu dilimizi gülməli, reqlamentimizi qəribə sayır: "Azərbaycanda mənimlə kral kimi davranırdılar"

    FutbolTarix: 2017-07-15 17:01:00
    ...

    “Xəzər Lənkəran”a getdiyim üçün peşman deyiləm. Avropaya gedərkən qurduğum xəyallar Azərbaycanda gerçəkləşdi". Sport24.az xəbər verir ki, bu fikirləri “Xəzər Lənkəran”ın sabiq futbolçusu Oqtay Dərəlioğlu açıqlamasında deyib.

    Türkiyəli veteran hücumçu 2014/15 mövsümündə "Xəzər Lənkəran"la bağlı olan Azərbaycandakı karyerası haqda maraqlı faktlardan danışıb: “Mənimlə kral kimi davranırdılar. Mən də heç vaxt futbolda bizdən geridə olduqları üçün onları kiçiltmirdim. Hələ də Azərbaycana gəlib-gedən ən yaxşı legioner sayılıram. Oktayın fikrincə, Azərbaycanın mədəniyyəti Rusiya və Türkiyənin qarışığıdı: "Mənə heç vaxt yad yerdə olduğunu hiss etdirmirdilər. Sadəcə, dilləri bir az gülməlidi. Bir dəfə təyyarədə biri mənə “qabağa otur” dedi. Mən də əsəbləşərək “sən otur qabağa” dedim. Sonda anladım ki, “öndəki oturacaqda otur” söyləyirmiş".

    Dərəlioğlu çempionatımızdakı reqlamenti qəribə adlandırıb: “Xəzər Lənkəran”da oynadığım mövsüm çempionatı lider kimi bitirdik, göstəricilərimiz də 2-ci yerdə gedəndən yaxşı idi. Amma mövsümün sonunda “qızıl oyun” dedikləri bir matç keçirildi və çempionluğu rəqibimizə verdilər. Yenə də “Xəzər Lənkəran”a getdiyim üçün təəssüflənmirəm”. 

    Xatırladaq ki, "Xəzər Ləkəran" 2005-ci ilin iyunun 10-da "Neftçi" ilə Gəncədə keçirilən "Qızıl oyun"da 1:2 hesabı ilə uduzaraq gümüş medalçı olub. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0