Xəbər Lenti

    Azərbaycan çempionunun potensial rəqibi: İlk dəfə bu il çempion olan 87 yaşlı "qoca"

    FutbolTarix: 2017-07-15 12:48:00
    ...

    "Qarabağ"ın Çempionlar Liqasının potensial rəqiblərindən olan "Kukesi"nin 87 yaşı var. Sport24.az xəbər verir ki, Albaniya təmsilçisi 1930-cu il martın 4-də yaradılıb.

    Klubun ilk adı "Şöqeriya" olub. İkinci Dünya Müharibəsinin ardından ilk dəfə III liqada mübarizə aparan komanda 1958-ci ildə "Perperami" adını daşımağa başlayıb. 2010-cu ildə yenidən ad dəyişikliyinə gedən rəhbərlik bu dəfə "Kukesi" adını verib.

    2012/13 mövsümündə ilk dəfə II liqa çempionu kimi elitaya vəsiqə qazanan "Kukesi" yüksək liqadakı ilk mövsümündəcə gümüş medala yiyələnərək, Avropa Liqasında iştirak hüququ qazanıb. Bundan sonra da ardıcıl 2 dəfə (2013/14, 2014/15) çempionatı 2-ci sırada tamamlayan, 2015/16 mövsümündə isə "bürünc"lə kifayətlənən klub, nəhayət ki, ötən mövsüm tarixinin ilk çempionluğunu qazanıb. "Kukesi" həmçinin 1 dəfə Albaniya kubokunu (2015/16), 1 dəfə də Superkubokunu (2016) muzeyinə aparıb.

    2013/14 mövsümündə avrokuboklarda debüt etməsinə baxmayaraq, kifayət qədər təhlükəli rəqib olduğunu qısa müddətdə göstərməyi bacarıb. İlk mövsümündə Avropa Liqasında 3 mərhələ keçən albanlar yalnız pley-offda "Trabzonspor" səddinə "ilişiblər". 2014/15 mövsümündə Avropa Liqası ilə erkən vidalaşan komandamızın potensial rəqibi 2015/16 mövsümündə 2, ötən mövsüm isə 1 mərhələ adlaya bilib. Bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan "göy-ağlar" Moldova çempionu "Şerif"lə keçirdiyi II mərhələnin ilk görüşündə səfərdə 0:1 hesabı ilə məğlub olub.

    Yerli mütəxəssis Ernest Qyokanın başçılıq etdiyi komandada 8 əcnəbi oyunçu mövcuddur. Bunlar Braziliya (2), Kosovo (2), Makedoniya, İsrail, Xorvatiya və İspaniya təmsilçiləridir.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0