Xəbər Lenti

    "Qarabağ" üçün tarixinin ilk baş məşqçisi azərbaycanlı olan "arılar"

    FutbolTarix: 2017-07-15 12:00:00
    ...

    "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində potensial rəqibi olan "Şerif" 16-cı dəfə avrokubokda mübarizə aparır. Sport24.az xəbər verir ki, Avropa macərasına 1999/00 mövsümündə UEFA Kubokundakı iştirakla başlayan Tiraspol klubu ən böyük nailiyyətini 2013/14 mövsümündə əldə edib. Həmin il Çempionlar Liqasında yarışa başlayan moldovalılar III təsnifat mərhələsində Zaqreb "Dinamo"suna yenilsələr də, Avropa Liqasında yoluna davam edib və qrupa adlayıblar. Orda isə "Tottenhem", "Anji" və "Tromse" ilə üz-üzə gələn moldovalılar 6 xalla 3-cü yeri tutub.

    Ümumiyyətlə, 1997-ci il aprelin 4-də yaranan "Şerif" elə ilk cəhddən elitaya yüksələ bilib. Bunda komanda tarixinin ilk baş məşqçisi həmyerlimiz Əhməd Ələsgərovun rolu az olmasa da, tiraspollular elitada ona güvənməyi lazım bilməyiblər. Elitadakı debüt mövsümündə 4-cü yerlə kifayətlənən komanda elə həmin il - 1999-cu ilin yazında ölkə kubokunu qazanıb. "Şerif" güclülər dəstəsindəki ikinci mövsümdə də avrokuboklara vəsiqə qazanıb. Bu dəfə "gümüş" qazanmaqla.

    Ümumilikdə 15 dəfə Moldova çempionu olan "arılar" həmçinin 9 dəfə ölkə kubokunu, 7 dəfə isə Superkubokunu başı üzərinə qaldırıb.

    Liviya əsilli italiyalı Roberto Bordinin çalışdırdığı komandada Braziliyadan 3, Xorvatiyadan 2, Slovakiya, Bosniya və Herseqovina, Kürasao, Burkina Faso, Monteneqro və Belçikadan isə 1 əcnəbi futbolçu çıxış edir.

    Xatırladaq ki, avrokuboklarda klublarımıza rəqib olmayan "Şerif" II təsnifat mərhələinin ilk oyununda evdə Albaniyanın "Kukesi" klubunu 1:0 hesabı ilə məğlub edib.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0