Xəbər Lenti

    "Qəbələ"yə qol vuran kapitan: "Komandanıza Polşada güclü azarkeş dəstəyi qarşısında çətin olacaq"

    FutbolTarix: 2017-07-15 11:18:00
    ...

    "Gözlədiyimiz kimi, Bakıda çətin matç oldu. Güclü rəqiblə oynayırdıq. Ancaq buna baxmayaraq, meydanda bacarığımızı göstərdik". Bu fikirləri Sport24.az-a açıqlamasında Polşanın "Yagelloniya" klubunun kapitanı Taras Romançuk bildirib.

    Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" ilə "Bakcell Arena"dakı matçda 15-ci dəqiqədə künc zərbəsindən sonra başla hesabı açan 26 yaşlı ukraynalı yarımmüdafiəçi təmsilçimizi və onun heyətindəki həmyterlilərini yaxşı tanıdığını bildirib: "Bilirəm ki, "Qəbələ"də ukraynalı legionerlər var. Baş məşqçisi Roman Qriqorçuk, qapıçı Dmitri Bezotosnı, müdafiəçi Vitali Vernidub həmyerlilərimdi. Ümumiyyətlə, "Qəbələ" yaxşı futbolçulardan təşkil olunub və onlara qarşı oynamaq asan deyil. Mən bunu ötən mövsümkü Avropa Liqasının təsnifat və qrup mərhələsi oyunlarına əsasən deyirəm. Bildiyimə görə, "Qəbələ"nin heyətində yay fasiləsində böyük dəyişikliklər olub, 9 yeni futbolçu gəlib. Dərhal yaxşı oynamaq çətindi. Hələ ki istədikləri oyun alınmır ki, bu da normal haldır. Çünki yeni futbolçuların komandaya uyğunlaşmasına zaman lazımdı". 

    Romançukun fikrincə, bərabər səviyyəli keçən qarşılaşma məhsuldar alına bilərmiş: "Hər iki komandanın çoxsaylı qol imkanı oldu. Ancaq hərəyə 1 dəfə fərqlənə bildik. Hər halda, işimizin öhdəsindən gəldik. Vurduğum qol isə ev tapşırığının nəticəsi idi. Biz standart vəziyyətlər üzərində tez-tez məşq edirik". 

    Tarasın sözlərinə görə, Bakıda onlara azarkeş amili yox, isti hava çətinlik yardıb: "Bu cür isti hava şəraitində oyanamaq asan deyildi. Ancaq rəqib bu havaya öyrəşmişdi. Səfərdə azarkeş təzyiqi baxımından problem yaşamadıq. Çünki Polşada oyunlara çoxlu azarkeş gəlir. Səfər matçlarımıza 10, 15, hətta bəzən 20 min azarkeş qarşısında oynamalı oluruq. Bu zaman bizə güclü təzyiq olduğundan öyrəşmişik. Bu dəfə biz ev sahibi olacağıq. Bizə güclü azarkeş dəstəyi olacağından "Qəbələ"yə asan olmayacaq. Hesab edirəm ki, doğma azarkeşlərimiz önündə qarşıda duran vəzifəni həll edərik".

    Kapiitan səfərdə qollu bərabərlik etdiklərindən cavab matçı öncəsi az da olsa üstünlüyə malik olduqlarını söyləyib: "Polşaya rahat qayıdırıq. İyulun 20-də keçiriləcək cavab oyununa da ciddi hazırlaşmalı, rəqibə hörmət etməliyik. Oyuna daha çox konsentrasiya olmalı, əlimizə düşən qol fürsətlərdən istifadə etməliyik". 

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0