Xəbər Lenti

    Futbol həyatının 13 ili İsveçə bağlı olan Svanadze: "Ostensun"u yaxşı tanıyır, "Qalatasaray"ı Bakıya gətirmək istəyir

    FutbolTarix: 2017-07-14 22:50:00
    ...

    "İsveç dilini gürcü dilindən yaxşı bilirəm"

    "İnter" tarixində 2-ci dəfə elə hazırı baş məşqçisi Zaur Svanadzenin rəhbərliyi altında Avropa Liqasının III təsnifat mərhələsinə çıxmağa yaxındır. Hər halda, ilk oyunda "Fola"ya 1:0 hesabı ilə gələn təmsilçimizə Lüksemburqda istənilən hesablı bərabərlik, hətta minimal fərqli məğlubiyyət sərf edir. Zaur Svanadzenin komandasını növbəti mərhələyə çıxarsa, "Ostersun" (İsveç) - "Qalatasaray" (Türkiyə) cütünün qalibi ilə üzləşəcək. İsveçə vaxtilə bağlı olan təcrübəli gürcü mütəxəssis Sport24.az-a müsahibəsində maraqlı məqamlara toxundu. 

    - Komandanız hələ III təsnifat mərhələsinə keçməsə də, potensial rəqibiniz artıq bu gün məlum oldu. Bu, "Ostersun" - "Qalatasaray" cütünün qalibi olacaq. Təəssüratlarınızı bilmək maraqlı olardı...

    - "Qalatasaray"ın təqdimata ehtiyacı yoxdu. Bu, Türkiyənin ən böyük klublarından biridi, Avropada da yaxşı tanınır, vaxtilə UEFA kubokunun qalibi olub. "Ostensun"u isə yaxşı tanıyıram.

    - Çünki futbol həyatınızın xeyli hissəsi İsveçə bağlı olub. 

    - Bəli, mən uzun müddət - 13 il İsveşdə yaşamışam. Bu, 1990-2002-ci illərdə olub. Orada əvvəl futbol oynamışam, sonra oynayan məşqçi və məşqçi olmuşam.

    - İsveç sizin üçün sanki ikinci Gürcüstandır...

    - (gülür) Elədi. Buna görə də İsveç futbolu, o cümlədən "Ostersun" mənə yaxşı tanışdı. Düzdür, ona rəqib olmamışam. Ancaq bu komanda haqda yetərincə məlumatım var.  Tez-tez oyunundan videofraqmentləri izləmişəm. Bəzən bütün matçına baxmışam. Çoxlu legioner oynayır, baş məşqçisi ingilis mütəxəssisdi. Yaşı komandadır. Biz növbəti mərhələyə keçsək, tam fərqli səviyyədə rəqiblərlə ciddi sınaqlarımıız olacaq. Ancaq bunun üçün ilk növbədə III təsnifat mərhələsinə çıxmaq lazımdı. Bu vəzifəni yerinə yetirsək, əla olardı. "Qalatasaray" kimi komandaya ilə oynamaq böyük şansdı.

    - "Qalatasaray"ın İsveçdəki ilk oyunda 0:2 hesabı ilə uduzması sizin üçün sürpriz olmadı?

    - "Ostersun"u nə qədər güclü komanda saysam da, "Qalatasaray"ın bu nəticəsi mənim üçün gözlənilməzdi. Bu, İsveç klubu, bu ölkənin futbolçu üçün böyük uğurdu. Düzdür, Onlar Türkiyə çətin səfər matçı gözləyir. 

    - Hesab etmirsiniz ki, 2:0 hesabından sonra cütün qalibi olmağa daha şanslı isveçlilərdi?

    - "Qalatasaray" cavab oyununa ciddi hazırlaşsa, mərhələni keçə bilər. "Ostersun" cütün qalibi olmaq şansı da az deyil. 

    - Bu 2 komandadan hansını rəqib istərdiniz? Belə demək olarmı ki, İsveçdə uzun illər yaşadığınız bu ölkənin təmsilçisini, yoxsa?

    - Yəqin ki, isveçlilər daha yaxşı olardı. Bu rəqibi öyrənmək mənim üçün daha asan olacaq. Çünki uzun illər yaşadığımız İsveçlə yaxşı əlaqələrim, orada çoxlu dost-tanışım var.  Unutmayaq ki, biz 3 il öncə "İnter"lə Avropa Liqasında "Elfsborq"la oynamışdıq. 1:0 hesabı ilə qalib gəldiyimiz İsveçdəki matçda çoxlu tanışlarım stadiona gəlmişdi.

    - Yeri gəlmişkən, Olimpiya çempuonumuz İqor Ponomaryov 1989-cu ildən İsveçdə yaşayır...

    - Bilirəm. Mən Ponomaryovu çoxdan tanıyıram. Bilirəm ki, orda yerli "Noorçepinq" klubunun heyətində futbolçu karyerasını bitirb, qalıb indiyədək yaşayır. Ancaq yaşıl meydanda rəqib olmamışıq. Çünki mən İsveçə gələndə o, artıq karyerasını başa vurmuşdu. 

    - Belə başa düşdüm ki, siz isveç dilini də bilirsiniz...

    - Mən isveç dilini gürcü dilindən yaxşı bilirəm.

    - Doğrudan?

    - Bəli, demək olar hər gün internetdə İsveç saytlarını, qəzetlərini oxuyuram. 

    - Yeri gəlmişkən, 5 ildir olduğunuz Azərbaycanda bu dildə başa düşürsünüz?

    - Hələ ki bir az. Çalışacağam ki, bunu da öyrənin.

    - Bir şeyi də nəzərə alaq ki, Azərbaycanda Türkiyə futbolunun, o cümlədən "Qalatasaray"ın böyük azarkeş kütləsi var. "İnter"i "Qalatarasay"ı Bakıya gətirməklə ilk imza ataraq tarix yaza bilər...

    - Bunu yaxşı başa düşürəm. Növbəti mərhələyə keçsək, "Qalatasaray"la oynamağımız daha yaxşı olardı. Bu, böyük ajiotaj, oyunumuza böyük azarkeş marağı olacaq. "Qalatasaray" kimi böyük klubla qarşılaşmaq bizə nəsib olarsa, bunu çox sevinərdim. Hər halda, "Qalatasaray" İsveç klubundan daha  tanınan klubdu, bütün Avropada məşhurdu. 

    MEHMAN SÜLEYMANOV

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10