Xəbər Lenti

    Giorgi Tsetsadze: "Başlıca günahkar "Qarabağ"dı"

    FutbolTarix: 2017-07-11 23:05:00
    ...

    Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”a Bakıda 0:5 məğlub olan Gürcüstan “Samtredia”sının baş məşqçisi Giorgi Tsetsadze mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gürcü mütəxəssis nəticənin ədalətli olduğunu bildirib.

    -    Oyundan öncə çox iddialı danışırdınız. Bəs, 5:0-dan sonra nə deyə biulərsiniz?
    -    Oyundan əvvəl bütün komandaların şansı olur. Bu şansdan yararlana bilmədik. Ancaq qarşıda cavab oyunu qalır.

    -    İlk 15 dəqiqədə 3 sarı vərəqə və penalti. Hakimliklə bağlı fikirləriniz?
    -    Hakimlik barədə danışmaq istəmirəm. Oyunun təkrarına baxdıqdan sonra fikir irəli sürmək olar.

    -    İlk penaltidə hakim səhvi oldumu? Bu penalti oyunun nəticəsinə təsir etdimi?
    -    Oyunu biz uduzduq, hakim yox.

    -    Cavab oyunundan nə gözləyirsiz?
    -    Nüfuzumuz uğrunda mübarizə aparacağıq.

    -    Uğurlu nəticəyə nə mane oldu?
    -    Başlıca günahkar “Qarabağ”dı. Möhtəşəm komandadı!

    -    Ötən mövsüm “Qəbələ”, bu dəfə “Qarabağ” qapınızdan 5 top keçirdi. Bakını sizin üçün uğursuz şəhər adlandırmaq olar?
    -    Azərbaycan futbolu yüksək səviyyədədi. 
     

    CEYHUN ƏLIYEV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0