Xəbər Lenti

    İtaliya və Belarusdan növbəti reytinq xalları

    DigərTarix: 2017-07-11 11:11:00
    ...

    Velosiped idmanının şosse növü üzrə İtaliya və Belarusda keçirilən yarışlar Azərbaycan yığma komandalarının üzvləri üçün növbəti reytinq xalları ilə əlamətar olub. Sport24.az xəbər verir ki, idmançılarımız bu yarışlarda üst-üstə 33 xalı əldə ediblər.

    İtaliyada qadın velosiped komandaları arasında təşkil olunan sayca 28-ci "Giro d'Italia Internazionale Femminile" 10 mərhələli Dünya Turu yarışında Qazaxıstanın "Astana" klubunun heyətində çıxış edən yığma komandamızın üzvü Yelena Pavluxina 18 reytinq xalı əldə edib. 1-ci mərhələdə komanda ötüşməsində 7-ci olan Pavluxinanın qazancı 10 xal olub. 10 mərhələnin yekununda isə velosipedçimiz ümumi təsnifatda 17-ci yeri tutmaqla daha 8 xal qazanıb.

    Belarusun paytaxtı Minskdə təşkil olunan 1.2 kateqoriyalı birgünlük "Minsk Cup" yarışında isə ölkəmizin Elit yığması və "Synergy Baku" kontinental komandasının üzvü Elçin Əsədov fərqlənib - o 5-ci yeri tutmaqla ölkəmizin aktivinə daha 15 xal əlavə edib.

    Qeyd edək ki, idmançılarımızın yarışlarda qazandıqları xallar ölkəmizin dünya reytinqində irəliləməsi ilə yanaşı, dünya və Avropa çempionatlarında daha çox sayda idmançı ilə təmsil olunmasına da şərait yaradır.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 6 4 1 1 10-6 13
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 6 2 1 3 6-10 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 6 0 1 5 3-9 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10