Xəbər Lenti

    Azərbaycan-Rusiya finalına doğru - QEYD

    GüləşTarix: 2017-03-16 20:02:00
    ...

    Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası yarımqrupun ikinci turunda Belarus millisi ilə üz-üzə gəlib. Görüş millimizin 5-3 hesablı qələbəsi ilə yekunlaşıb.

    Digər xalçada isə A yarımqrupunun görüşü keçirilib. Burada qrupun favoritləri olan Rusiya və İran komandaları qarşılaşıb. Görüş rusların 5-3 hesablı qələbəsi ilə başa çatıb. 

    Beləliklə, bu, Azərbaycan yığmasının finaldakı potensial rəqibinin müəyyənləşməsi deməkdi. Belə ki, birinci görüşdə Qazaxıstan yığması üzərində tam üstünlüklə(8-0) qələbə qazanan şimal qonşumuzun qrupun son qarşılaşmasında almanlara yenilməsi reallıqdan uzaq görünür. Almaniya yığması ilk turda İrana 1-7 hesabı ilə uduzub.

    Bizim yarımqrupun favoritləri isə ilk görüşdə qarşılaşıb ki, burada komandamız Türkiyə millisini 5-3 hesabı ilə üstələyib. Yığmamızı finaldan Ukrayna səddi ayırır. 

    Qeyd edək ki, üçüncü turun görüşləri sabah baş tutacaq.

    Sahib ƏSƏDBƏYLİ

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 6 4 1 1 10-6 13
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 6 2 1 3 6-10 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 6 0 1 5 3-9 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10