Xəbər Lenti

    "Bu, bizim gücümüzə güc qatacaq" - Nailxan Nəbiyev

    DigərTarix: 2017-03-16 18:12:00
    ...

    Ağır atletika üzrə 94 kiloqram çəki dərəcəsində İslamiadada çıxış edəcək gənclərin Avropa çempionu Nailxan Nəbiyevin Sport24.az-a müsahibəsi

    - Islamiadaya hazırlıq necə keçir?

     - Hazırlıq çox yüksək səviyyədə gedir. Məşqləri atam, həm də şəxsi məşqçim olan Xanlar Nəbiyevlə keçirik. Evdə olduğum üçün atam hər məsələyə nəzarət edir. Vaxtında yemək, yatmaq və s. 

    - Yığma ilə məşq keçməməyinin səbəbi nədi?

    - Dirsəyimdə zədə var. Bununla bağlı həftədə üç dəfə müalicə üçün həkim yanına gedirəm. Evdən gedib-gəlmək mənim üçün daha rahatdı.

    - Ağır atletikada İslam ölkələrinə nəzər saldıqda, əsasən İran, Türkiyə, Misir və Qazaxıstan diqqət çəkir. Qazaxıstanın 1 illik disvalifikasiya olunduğunu nəzərə alsaq, çox güman ki, əsas rəqiblərin də məhz ilk üç ölkədən olacaq...

    - Bəli, bu üç ölkənin atletlərini daha ciddi rəqib kimi qəbul edirəm. Amma deyim ki, bizimkilər yarışa çox yaxşı hazırlaşır. Həm də yerli publika amili var. Bu, bizim gücümüzə güc qatacaq.

    - Son Avropa çempionatında mükafata layiq nəticə qazanacağın proqnozlaşdırılırdı. Nə çatmadı?

    - Mən 94 kiloqramda çıxış etsəm də çəkim həmişə az olub. Həmin yarışa çıxanda isə lap aşağı düşmüşdü. Cəmi 87 kilo idim. Bədənim çox zəifləmişdi.

    - Hazırkı forman nə deyir, İslamiadada uğurlu çıxış gözləyək səndən?

    - Yaxşı olmalıdı nəticə. Məşqlərim, qaldırdığım çəkilər belə deməyə əsas verir.

    - Komanda yoldaşlarından başqa kimlərin medala layiq çıxış edəcəyini gözləyirsən?

    - Bütün uşaqlar səylə hazırlaşır. Hər biri doğma azarkeşlər önündə yaxşı çıxış etmək istəyir. Amma deyim ki, son nəticələrə görə 56 kiloqramda Elmar Alıyev, 85-də Ceyhun Tağızadə, eləcə də mənimlə bir çəkidə çıxış dən Rövşən Fətullayevin daha yaxşı çıxış edəcəyi gözlənilir.

    SAHİB ƏSƏDBƏYLİ

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0