Xəbər Lenti

    Cavid Qurbanov: "Avropa çempionatında yüksək nəticə əldə etmək üçün əlimdən gələn köməyi etməyə hazıram"

    VoleybolTarix: 2017-07-05 17:20:00
    ...

    Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov qadınlardan, kişilərdən ibarət milli komandaların məşqçi, oyunçuları və AVF işçiləri ilə görüşüb. Sport24.az xəbər verir ki, federasiya başçısı ilk olaraq hər kəsi qazanılan qələbələr münasibəti ilə təbrik edib: "Qadınlardan ibarət milli komandamız bu günə kimi öz üzərlərinə düşən öhdəlikləri yüksək səviyyədə həyata keçirdilər. Biz bu gün İslam Oyunlarının qalibi və dünya çempionatının iştirakçısıyıq. Qarşıda isə bizi daha böyük və məsuliyyətli yarış - Avropa çempionatı gözləyir. Düşünürəm ki, biz bu turnirdə də öz sözümüzü layiqincə deyə biləcəyik. Mən federasiya rəhbəri olaraq əlimdən gələn köməyi etməyə hazıram ki, çempionatda yüksək nəticələrdən birini əldə edək. Yalnız burda böyük iş siz voleybolçuların və məşqçilərin üzərinə düşür. Azərbaycan Avropa çempionatına ev sahibliyi edir. Biz AVF olaraq bu yarışın təşkilində bacardığımızı edə bilərik, amma əsas qələbədi. Düşünürəm ki, millimiz qələbəyə layiq komandadı. Bir neçə gündən sonra hazırlıqlar başlayacaq. Fikrimcə, hər bir oyunçu Avropa çempionatının məsuliyyətini dərk edir. Buna görə də var gücünüzlə çalışmalısız ki, yüksək nəticə əldə edəsiz. Hər birinizə uğurlar arzu edirəm".

    Qurbanov kişilərdən ibarət milli komandamızın İslamiadada 2-ci yerin sahibi olduğunu vuröulayıb: "Deyə bilərəm ki, gümüş medallar böyük nəticədi. Yaxın keçmişdə kişilərdən ibarət milli komandamızın belə bir uğuru olmamışdı. Bu qələbə münasibəti ilə sizləri təbrik edirəm. Buna baxmayaraq Avroliqa yarışlarında komandamızın çıxışı ürəkaçan olmadı. Bu gün əsas məqsədimiz kişi voleybolunu daha da yüksəltməkdi. Ölkə çempionatında kişi komandalarının sayı ilə bərabər, komandaların gücünü də artırmaqdı".

    Görüşdə Avropa çempionatının keçirilməsi üçün görülən və görüləcək işlərdən danışılıb.

    Qeyd edək ki, 22 iyul -25 iyul tarixlərində (Bakıda və Göygöldə) Avropa çempionatının test oyunları keçiriləcək.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0