Xəbər Lenti

    Türkmənistan Güləş Federasiyasının prezidenti: "Toğrul Əsgərova təklif göndərməyimiz yalandı"

    GüləşTarix: 2017-06-30 14:20:00
    ...

    “Toğrul Əsgərov Türkmənistana sadəcə tədbirə gəlmişdi. Biz onunla tanış olduq”. Bu sözləri açıqlamasında Türkmənistan Güləş Federasiyasının prezidenti Tahir Xanməmmədov deyib. 

    O bildirib ki, Azərbaycan güləş yığmasının üzvü, Olimpiya Çempionu Toğrul Əsgərovun bu ölkənin millisində çıxış edəcəyi barədə xəbərlər həqiqətə uyğun deyil: “Bu xəbərlər yalandır və Toğrula heç bir təklif olmayıb. Ölkəmizə bir neçə tanınmış güləşçi dəvət etmişdik. Eyni zamanda, Azərbaycan Güləş Federasiyasına da dəvət göndərmişdik. Onlar da bura Toğrulla Hacı Əliyevi yollamışdılar. Görüşdük, tanış olduq. Amma milliyə dəvət edək deyə bir məsələ yoxdur”.

    Qeyd edək ki, dünən Toğrul Əsgərovun Azərbaycan millisini tərk edərək Türkmənistan bayrağı altında yarışlara qatılacağı haqqında xəbərlər yayılmışdı. Eyni zamanda, federasiya ilə güləşçilər arasında da müəyyən anlaşılmazlığın, narazılığın olduğu bildirilir.

    Azərbaycan Güləş Federasiyası isə hələlik bu barədə heç bir açıqlama verməyib. (qafqazinfo.az)

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3