Xəbər Lenti

    Firdovsi Umudov: "Toğrul Əsgərovun Azərbaycanı Türkmənistan millisinə dəyişəcəyinə inanmıram"

    GüləşTarix: 2017-06-30 13:28:00
    ...

    Sərbəst güləş üzrə Azərbaycan seçməsinin baş məşqçisi Firdovsi Umudov olimpiya çempionumuz Toğrul Əsgərovun vətəndaşlığını dəyişərək Türkmənistan millisində çıxış edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis bu məsələyə əsl aydınlığı Toğrulun özünün gətirəcəyini deyib: "Bu cür təkliflər bizə də olub. Amma, gördüyünüz kimi, buradayıq. Dövlətçiliyimizə, Vətənə sadiq insanlar kimi, daim Azərbaycanın uğurları üçün əlimizdən gələni əsirgəməyəcəyik. Toğrulu yeniyetmə vaxtlarından tanıyıram. Onun belə bir addım atacağına inanmıram. Yayılan xəbərlərdə müalicəsinin yubanması məsələsi qabardılır. Federasiya rəhbərliyi də, məşqçilər korpusu da, daim onun səhhəti ilə maraqlanıb. Toğrulun boyun fəqərəsindəki zədəsi olduqca ciddidir. Ona görə də, təkrar müayinələrə ehtiyac duyulub. Əməliyyatın yubanmasının səbəbi də bununla bağlıdır. Onun həyatını riskə ata bilməzdik. Zədə sinirlə sıx bağlı olduğundan, kiçik bir ehtiyatsızlıq onu şikəst qoya bilərdi".

    Xatırladaq ki, ötən gün sosial şəbəkədə olimpiya çempionunun Türkmənistan vətəndaşlığını qəbul edəcəyi ilə bağlı xəbər yayılıb. Hazırda ölkə xaricində olan Toğrul Əsgərovun özü hələlik susmağa üstünlük verir. (sportline.az)

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3