Xəbər Lenti

    Güləşçilərimizdən 2 bürünc medal şansı

    GüləşTarix: 2017-06-29 16:17:00
    ...

    Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir. Sport24.az xəbər verir ki, üçüncü yarış günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizə aparıb.

    51 kq çəkidə yarışan Tatyana Varantsova ardıcıl olaraq Macarıstan və Fransadan olan rəqiblərinə qalib gəlib. Yarımfinalda Rusiya təmsilçisinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Belarus idmançısı olacaq. 

    67 kq-da mübarizə aparan Ceyla Nağızadə ilk görüşdə Rusiya idmançısına uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan güləşçimiz Ukraynadan olan rəqibinə qalib gəlib. Bürünc medal uğrunda görüşə haqq qazanan Ceyla həlledici görüşdə Rumıniya idmançısı ilə qarşılaşacaq. 

    Final görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

    44 kq 
    1/4 final - Esra Koç (TUR) - Zelfira Ələkbərli 8:0

    51 kq 
    1/8 final - Tatyana Varantsova - Kristina Vancza (HUN) 8:0
    1/4 final - Hilary Honorine (FRA) - Tatyana Varantsova 2:8
    1/2 final - Ksenia Nezgovorova (RUS) - Tatyana Varantsova 4:0
    Bürünc medal görüşü - Katsiarina Piçkuskaya (BLR) - Tatyana Varantsova 

    59 kq 
    1/8 final - Ləman Qurbanova - Emma Johansson (SWE) 0:4

    67 kq 
    1/4 final - Ceyla Nağızadə - Xanım Vəliyeva (RUS) 0:11
    Təsəlliverici görüş - Yuliya Lisovska (UKR) - Ceyla Nağızadə 0:6
    Bürünc medal görüşü - Ceyla Nağızadə - Aleksandra Angel (ROU)

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3