Xəbər Lenti

    Sport24.az "Bakcell"in atıcılıq yarışmasının həyəcanını yaşadı

    DigərTarix: 2017-06-23 21:00:00
    ...

    Qarşıdan 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü gəlir. Azərbaycanda mobil rabitə xidmətləri göstərən ilk şirkət olan "Bakcell" bu əlamətdar günü özünəməxsus şəkildə qeyd etməyi ilə seçildi. Belə ki, ölkədə lk mobil rabitə operatoru jurnalistlər arasında atıcılıq yarışı təşkil etdi. Ora dəvət olunanlardan biri də bəndəniz idi ki, buna görə də təşkilatçılardan biri, "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyevə minnətdaram.

    Bununla da təmsil etdiyim Sport24.az saytı həmin yarışın iştirakçıları arasında idi. Özü də təvazökarlıqdan uzaq olsa yeganə idman saytı olaraq. Çünki iştirakçılar qeyri-idman sahəsindən olanlar idi, demək olar hamısı ilə ilk dəfədir bir tədbirdə idim. 

    Bakı Atıcılıq Mərkəzində olan bir neçə saatlıq yarışmada əsl həyəcan vardı. Təşkilatçılar bizlərə seçim imkanı verdi. Yəni açıq havada da quşu gözündən bacarığını göstərə və ya qapalı məkanda tirdə "10-luğ"a nişad ala bilərdin. İştirakçıların sayı yetərincə çox idi. Sevindirici haldır ki, sayda bizi üstələyən xanımlar da atıcılıqda fəalllığı ilə heç biz kişilərdən geri qalmırdılar. Onlardan daha çətini sayılan açıq havada uçan hədəfi nişan almağı çəkinmədən seçənlər az deyildi. 

    Qapalı məkanda yarışmada iştirak edəcək 77 xal topladım və açığı, bu, yüksək göstərici deyildi. Təbii ki, bu nəticə ilə mükafatçılar sırasına düşmədim. Ancaq mənim üçün ilk belə sınaq əsas deviz Olimpiadadan məşhur olan "Əsas nəticə yox, iştirak idi". Əlbəttə, hər 2 yarışmada qaliblər oldu və "Bakcell" ilk 3 yeri tutanları mükafatlandırdı. a

    Belə tədbirlər bizlərdə həmrəylik bağlarımızı möhkəmlədir, döyüş ruhumuzu artırır. Buna görə mediaya diqqəti ilə seçilən "Bakcell"i alqışlamağa dəyər. Açığı, jurnalistlər arasında sərrast atıcılıq heç də az deyil və tanınmış həmkarımız Nicat Dağların "yığmanın məşqçiləri üçün bu, yaxşı seleksiyadır" fikrini zarafat kimi qəbul etmədim. Həqiqətən fakta söykənən ciddi fikir idi. Biz media işçiləri təkcə qələmimizlə yox, atıclıq yarışında da sərrast ola bilməyimizlə seçilə biliriksə, bu, yalnız başucalığı gətirir. Növbəti belə sınaqlarda görüşmək ümidiylə...

    MEHMAN SÜLEYMANOV

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 6 4 1 1 10-6 13
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 6 2 1 3 6-10 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 6 0 1 5 3-9 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10