Xəbər Lenti

    Azərbaycan birinciliyi başa çatdı

    DigərTarix: 2017-06-23 18:15:00
    ...

    İsmayıllıda velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. Gənclər və İdman nazirliyi ilə birgə təşkil edilən və 100-ə yaxın idmançının iştirak etdiyi yarışın sonuncu günündə gənclər arasında qrup ötüşməsi üzrə qaliblər müəyyənləşib.

     

    Güclü yağış altında mübarizə aparan velosipedçilər 90 km məsafə qət ediblər. Finişi hamıdan tez Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped məktəbinin nümayəndəsi İvan Orlov keçib. 8 saylı Olimpiya Məktəbinin üzvləri Mikayıl Səfərli və Xankişi İsgəndərov isə 2-3-cü yerləri tutublar.

     

    Gənclər - 90 km

     

    1. İvan Orlov (OEQİUVM) - 02:34:39

    2. Mikayıl Səfərli (8OEQİUVM) - 02:34:41

    3. Xankişi İsgəndərov (8OEQİUVM) - 02:34:42

     

    Qaliblərin mükafatlandırılma mərasimi İsmayıllı Olimpiya İdman Kompleksində baş tutub. Fərqlənən idmançılara medal və diplom, 1-ci yerin sahiblərinə isə xüsusi çempion köynəyi hədiyyə edilib. Qeyd edək ki, Azərbaycan birinciliyinin nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) da göndəriləcək və idmançıların reytinq cədvəlində öz əksini tapacaq.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 6 4 1 1 10-6 13
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 6 2 1 3 6-10 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 6 0 1 5 3-9 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10