Xəbər Lenti

    Üç boksçumuz dünya çempionatına lisenziya qazanıb

    BoksTarix: 2017-06-19 23:08:00
    ...

    Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında 1/8 final mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, yarışda bu gün Azərbaycan millisinin 5 idmançısı rinqə çıxıb. Onlardan 3-ü qalib gəlməklə həm mərhələ adlayıb, həm də dünya çempionatına lisenziya qazanıblar.

    Belə ki, yığmamızın heyətində 49 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə Nazar Kurotçinlə (Ukrayna) üz-üzə gəlib. Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Ardınca Lorenzo Sotomayor (64 kq) qüvvəsini sınayıb. Fransalı Vahid Hambli ilə qarşılaşan Olimpiya mükafatçımız rəqibini 4:1 hesabı ilə məğlub edib. Sotomayor 1/4 finalda polşalı Mateuş Polski (Polşa) ilə gücünü yoxlayacaq.

    İkiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) da yarışda ilk döyüşünü qələbə ilə bitirib. O, Aleksandr Kaleyevə (Belarus) 4:1 hesabı ilə qalib gəlib. Məcidov yarımfinala gedən yolda Camili-Dini Aboudo-Moindze (Fransa) qarşılaşacaq.

    52 kq çəki dərəcəsində rinqə çıxan Elvin Məmişzadə Manuel Fabritsio Kappai (İtaliya) ilə döyüşüb. Qarşılaşmadan rəqib üstün ayrılıb – 5:0.

    Çempionatın 4-cü günündə Pərviz Bağırov (69 kq) da ilk sınağına çıxıb. Simyon Çamovla (Bolqarıstan) üz-üzə gələn həmyerlimiz 4:1 hesabı ilə qələbə qazanıb. O, növbəti qarşılaşmasında ukraynalı Yevgeni Barabanovla mübarizə aparacaq.

    1/4 final döyüşləri iyunun 21-də olacaq.

    Qeyd edək ki, sabah daha 4 boksçumuz 1/8 final görüşünə çıxacaq.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0