Xəbər Lenti

    Qriqorçuk ənənəsinə sadiqdi: "Onsuz da alternativimiz yoxdu"

    FutbolTarix: 2017-06-19 17:43:00
    ...

    Avropa Liqasının II təsnifat mərhələsindən qitəmiqyaslı turnirlərə qoşulacaq “Qəbələ” Polşanın “Yaqelloniya” və ya Gürcüstanın “Dinamo” (Batumi) kollektivi ilə qarşılaşacaq. Hazırda Avstriyada təlim-məşq toplanışında olan “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk püşkatmayla bağlı sport24.az-ın suallarını cavablandırdı.

    -    Təcrübə göstərir ki, püşkatmaya heç vaxt xüsusi diqqət ayırmırsınız. Bu dəfə də istisna olmadı?
    -    Tamamilə doğrudu. Bəxtimizə kimin çıxacağına təsir qüvvəmiz yoxdu. Bu səbəbdən də hansısa həyəcan, arzu, istək, plan, proqnozum yox idi. Kim çıxacaq, onunla da oynamalıyıq. Bu qədər sadə. 

    -    Ancaq artıq potensial rəqiblərinizi tanıdınız.
    -    Avrokuboklarda zəif komanda iştirak edə bilməz. Həm “Yaqelloniya”, həm də Batumi “Dinamo”suna böyük hörmətlə yanaşırıq. İndi işimiz bir az da artdı. Çünki komandamın daxili məsələlərinə Avropa Liqsındakı potensial rəqibləri öyrənmək də əlavə olundu. Nə gizlədim, indi komandam nə daxili, nə də beynəlxalq arenada çıxış etməyə hazır deyil. Hələ görüləsi xeyli işimiz var. Bax, buna da vaxt və çarə tapmaq gərəkdi.

    -    Polşa və Gürcüstan təmslçiləri. Ötən mövsüm “Qəbələ” Gürcüstanın digər təmsilçisinə master-klass keçdi. Yenə “bicolar”la oynamaq istəyirsiniz, yoxsa “panlar” daha cəlbedici gəlir?
    -    Bu komandaların heç birinə bələd deyiləm. Ancaq coğrafi baxışa söykənərək ehtimal edirəm ki, tam fərqli futbol məktəblərinin təmsilçiləri ilə qarşılaşa bilərik. Yalnız dərin təhlildən sonra hansı rəqibin bizə daha münasib olacağına dair fikir yürüdə bilərəm.

    -    Ancaq hər iki ölkə sizə qonşu düşür: Polşa Ukraynayla qonşudu, Gürcüstan isə 3-cü ildi yaşadığınız Azərbaycanla...
    -    Doğrudan da elədir! Deməli, hara getsəm, qonşularımla oynayacam (gülür). Tam fərqli rəqiblərdi. Və yenə də deyirəm, bizim istəyimizlə həmin cütlüyün qalibi müəyyənləşməyəcək. Növbəti mərhələyə kim çıxsa, “Qəbələ” də onunla qarşılaşacaq.

    -    Bu komandalar arasında baş tutacaq iki oyundan heç olmasa birini stadiondan şəxsən izləmək fikriniz yoxdu?
    -    Bütün hallarda hər iki komandanı diqqət mərkəzində saxlayacağıq. Minimum bir oyunda da təmsilçimizin stadionda olacağını düşünürəm. Ancaq mənim işlərim başımdan aşır. Yəqin ki, köməkçilərimdən birini göndərərəm.

    -    Ağrılı mövzuya da toxunaq. Artıq püşkatma da arxada qaldı, “Qəbələ” isə yola saldığı futbolçuların yerini doldurmur ki, doldurmur.
    -    Tamamilə haqlısınız. Biz də gözəl başa düşürük ki, yubanırıq. İyulun 13-də ilk oyuna çıxmalıyıq. İyulun 12-də sıralarımıza oyunçu qatacağıqsa, o, bizə ertəsi gün kömək edə bilməyəcək. Hazırlıq keçməlidi, formaya düşməlidi, ümumi ansabla oturuşmalıdı, ondan nə istədiyimizi qavramalıdı. Bütün bu komponentləri biz də gözəl başa düşürük. İnanın, indiki vəziyyətdə sutka ərzində ən çox vaxtımı alan məhz bu məsələdi. Baş sındırırıq, düşünürük, götür-qoy edirik. Onsuz da alternativimiz yoxdu. Mütləq yeni transferlər etməliyik. Ancaq bu, nə qədər tez baş versə, bir o qədər işimizə daha faydalı olacaq. 

    CEYHUN ƏLİYEV
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Səbail 2 1 0 1 2-2 3
Kəpəz 1 0 0 1 1-2 0
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10